Ölkə futbolu
Ruslan Abışov məşqçiliyə başlayır
“Zirə”nin müdafiəçisi Ruslan Abışov karyerasını başa vurmağa hazırlaşır. 36 yaşlı futbolçu çox güman ki, növbəti mövsümü də qəsəbə təmsilçisində keçirəcək. Amma bu dəfə məşqçi qismində…
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, iki ildir “qartallar”ın heyətində yer alan, lakin zədələr səbəbindən nadir hallarda meydana çıxan Azərbaycan millisinin sabiq üzvü bu dəfə rəsmən karyerasını bitirəcək. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov ona yaydan etibarən məşqçi korpusunda yer almağı təklif edib. Hazırda rəhbərliklə yeni müqavilənin şərtləri barədə danışıq aparan Sadıqov gələn mövsümdən Abışovun da yanında – texniki zonada oturmasının tərəfdarıdır. Abışov karyerasını davam etdirmək eşqinə düşməsə, 2023-24 mövsümündən Rəşad Sadıqovun əsas köməkçisinə çevriləcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Ruslan Abışov ölkənin müxtəlif klublarında, o cümlədən Rusiya təmsilçisi “Rubin”də çıxış edib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı