Bizi izləyin

Ölkə futbolu

Şəbəkə şərhi və detallı mühakimə

blank
blank

Samir Abasov yenə aktyorluq edir. Qələbələr sıralananda bəh-bəhlə danışan “Neftçi”nin baş məşqçisi ilk büdrəmədəcə özündən başqa hamını hədəfə alır – sətiraltı sözlərlə klub rəhbərliyini, birbaşa mətnlə futbolçuları, hətta xüsusi vurğulayaraq kapitan Emin Mahmudovu. Reqlamenti, limiti, büdcəni bir-birinə qarışdırır. Bir sözlə, Abasovdan başqa hamı günahkardı…

İmkanı olsa, “Səbail”i də günahlandırar ki, niyə “Qarabağ”ı udub onlarla matçda daha motivasiyalı olmalarını təmin etdilər. Daha demir ki, ağdamlılara 3 qol vuran autsayder bayıllılardan fərqli olaraq, onun yetirmələri 0:4 hesabı kimi biabırçı hesabla uduzdu.

Samir bəyin aktyorluq bacarığı mənim kəşfim deyil. Bunu ötən mövsüm çempionluqdan sonra səhnəyə çıxıb özünü qəhrəman kimi göstərən klubun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov deyir. Klub rəhbəri belə məğlubiyyətdən sonra iclas keçirib komandanı danlamalı, məşqçini ağıllandırmalıdı, Zaur bəyin gücü isə sosial şəbəkədə şərh yazmağa çatır.

Qəhrəmanov Sezar Meza Kollinin, hələ meydan üzü görməyən İvan Korreanın meneceri Kamil Məmmədovun “Samir Abasov hara, Qurban Qurbanov hara” müzakirəsinin getdiyi statusa yazdığı şərhə cavab verib.

Kamil Məmmədov: “Fakta əsasən belədi, Samir Qurbandan geridi. Amma ona da 15 il vaxt, dəstək, böyük büdcəli klub verilsə, kim bilir necə olar?”

Zaur Qəhrəmanov: “Dediklərin verilsə də, o, ən uzağı musiqili komediya teatrında səhnə quraşdıra bilər”.

Zaur bəyin müqayisəsi, ironiyası öz yerində, Abasovun ona cavab verməyə cəsarətinin çatıb-çatmayacağını da bilmirəm. Amma əslində, Samir iztehzayla yox, faktlarla mühakimə olunmalıdı.

Zənnimizcə, Abasov yeni mövsümün komandasının quruculuğu vaxtı ciddi səhvlərə yol verib, komplektləşməni düzgün reallaşdırmayıb. Elə bunun nəticəsində hazırda əlinin altında 12 legioner var, amma yerli oyunçu baxımından sıxıntı çəkir. Öz günahını indi bəhanəyə çevirmək niyyətindədi.

Abasov “Qarabağ”a 0:4 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransında bu fikirləri səsləndirdi: “Keyfiyyətdə rəqibə uduzduq. Rəqibin futbolçuları əllərinə düşən fürsətlərdən yararlandı. Səviyyə fərqi həddindən artıq görünürdü. Bəzi şeylər var ki, onları düzəldə biləcəyimizə inanmıram. Bu gün yaxşı motivasiyada meydana çıxmışdıq. Ardıcıl qollar bizi sındırdı. Qolları çıxsaq, rəqibə müqavimət göstərdiyimizi deyə bilərəm. Keyfiyyət öz sözünü dedi. Oyunçuların arasında böyük fərq var. Çoxları deyir ki, həddindən artıq dəyişiklik edirsən, amma hər şey ölçülü şəkildə olur. Uduzandan sonra danışmalısan. Yerli oyunçular bu cür oyunlara cavab vermirlər. Emin Mahmudov istisnadır. Bizim yaralı yerimiz yerli futbolçulardır. Qəbul etməliyik ki, yerli futbolçularınmız tələblərimizə cavab vermir. Heç nəyi gizlətmək lazım deyil. Bu gün əziyyət çəkirik. Oyunda ruhumuzu və istəyimizi qoymalıyıq. Qarşılaşma başlayanda oyunçuların motivasiyalarının olduğunu görürdük. Motivasiya və əhval-ruhiyyə əla idi. Bundan sonra da belə olacaq. Bəzi məsələlər var ki, mən onu düzəldə biləcək gücdə deyiləm”.

Əvvəla, hər məğlubiyyətdə ayağa verilən, gözdən salınan yerli oyunçular heç vaxt bu məşqçinin arxasında durmayacaq. Baxmayaraq ki, Samir bəyə karyerasının ilk çempionluğuna görə onlara borcludu, Abasovsa kiçicik büdrəmədə onları topun ağzına qoyur. İki ay öncə transferlərin olmadığını deyirdi, rəhbərlik hər cür şərait yaratdı, istədiyi futbolçunu gətirdi, indi də yerli oyunçuların aşağı səviyyəli olmasından gileylənir. İstənilən vəziyyətdə özünə sərf edən bəhanə tapan Samir bəy seleksiya qabiliyyətinin olmamasını etiraf etmir, mövqelər üzrə seçim etməməsini, say düzəltməsini gizlətməyə çalışır.

Bəli, “Neftçi”nin ciddi yerli futbolçu sıxıntısı var. Lakin bunu dostu olan menecer Kamil Məmmədovun çörəyinə yağ sürtərək əcnəbiləri heyətə doldurarkən düşünməliydi. Büdcəni 12 legionerə xərcləyib qurtarmamış limit nəzərə alınmalı, yerli futbolçular gətirilməliydi. “Neftçi” elə klubdu ki, hər futbolçu ora can atır, sadəcə, dəvət etmək, transferi reallaşdırmaq lazım idi. “Zirə”ni seçən Təmkin Xəlilzadə, Coşqun Diniyev, “Qarabağ”ın heyətə qatdığı Ramil Şeydayev, ağdamlılarda ehtiyata düşən “Neftçi”nin öz yetirməsi Emil Balayev, paytaxt klubunda uzun illər çıxış edən, bu gün “Qəbələ”nin liderinə çevrilən Məqsəd İsayev, bu yay klub dəyişən Ürfan Abbasov, Bəhlul Mustafazadə, əldən buraxılan Səlahət Ağayev…

Siyahını kifayət qədər uzatmaq olar. “Qəbələ”də, “Sabah”da, “Sumqayıt”da “Neftçi”ni gücləndirə biləcək, hər an dəvət gözləyən o qədər oyunçu var idi ki. Amma Samir bəyin başı istirahətə, veteran Mamadu Mbodjun, Sezar Meza Kollinin nazıyla oynamağa qarışmışdı, kegioner limitinin olduğunu yaddan çıxarmışdı, çempionluq eyforiyasında idi. İndi ayılıb və yuxulu-yuxulu ətrafa cırmaq atır, aynaya baxmaq yadından çıxıb.

Samir bəyin ayıbını Ceyhun Sultanov örtürmüş. “Sumqayıt”da bu şəxsin qurduğu komandayla özünü tanıdan Abasov “Neftçi”də də onun seçdiyi transferləri sayəsində işləri yoluna qoymuşdu. Bu idman direktorundan imtina edib məsuliyyəti üzərinə götürdü və indi başına döyür. Eynilə “Zirə”də klubu lazımsız transferlərlə yüklədiyi, büdcəsini dağıtdığı kimi…

Abasov heyəti o qədər bərbad komplektləşdirib ki, komandada nəinki sol cinah müdafiəçisi, ümumiyyətlə solaxay oyunçu yoxdu. Çempionluğa oynayan komanda cəmi 2 qapıçıya, 6 müdafiəçiyə güvənirsə, deyiləcək başqa söz qalmır. Davamı daha maraqlıdı – 13 yarımmüdafiəçi, 3 hücumçu. Və ən əsası, əvəzediciləri divizionda çempion olan komanda limitə düşən gənc futbolçu baxımından sıxıntı çəkir. Halbuki hətta “Neftçi”də beləsi yoxdusa da, “Sumqayıt”dan, “Qəbələ”dən bir neçəsini gətirmək imkanı var idi.

Məsələn, “Qəbələ”dən Rüfət Əhmədovu 100 min manata transfer etməklə sol cinah müdafiəsindəki problem, eyni zamanda gənc oyunçu limiti problemi həll edilə bilərdi. Samir bəysə ehtiyat oyunçular skamyasının isidilməsi üçün Xəyal Nəcəfofa 100 min dollar xərclənməsini məsləhət bildi. Yenə Rəhim Sadıxov, Murad Xaçayev kimi lider oyunçular olsaydı, cəhənnəm, halbuki uşaq da bilirdi ki, Xəyal “Neftçi” səviyyəsində oyunçu deyil, “Sumqayıt”da da məhz limit yaşını başa vurmadığı üçün əsas heyətdə şans qazanırdı.

Hələ yayda “Neftçi”ylə müqavilə müddətini uzadıb yenidən “Keşlə”yə icarəyə göndərilən Rəhman Hacıyevi unutmuşuq. Əlində olan futbolçulardan imtina edib indi səviyyəli yerli axtarmağın, AFFA-nı legioner limitini artırmamaqda qınamağın yeri varmı? Meydana buraxmağa 11 futbolçu tapmayan, amma “Qarabağ”a 3 qol vuran “Səbail” neyləsin bəs? Bəlkə məsələ oyun sistemində, taktikada, məşqçi bacarığındadı? Yaxşı məşqçi əla heyətlə uğur qazanan deyil, mövcud materialdan ən yaxşı şəkildə yararlanandı.

Abasov “Qarabağ”la son çempionat matçındakı biabırçı məğlubiyyəti unutdurmaq üçün şou göstərir. Görəsən, özünün də rol aldığı səhnəni görürmü? Axı, onun israrı ilə yayda transfer edilən əcnəbilərin hamısı –

Tiaqo Bezerra

Harramiz Soares

Huqo Basto

Romen Bask

Ramon Maçado

Xorxe Korrea

– ağdamlılarla matçda ehtiyatda oturmuşdu. Meydanda olanlar daha çox etibar edilən köhnə oyunçular – Ceyhun Sultanovun seçdikləri idi. Öz seleksiya məhsullarına belə münasibət təsadüf ola bilməz.

Samir bəy heyətin doldurulması üçün şivən salanda bir həqiqəti unutmuşdu – start “11-liy”ində yalnız 6 əcnəbi yer ala bilər. Voyislav Stankoviç, Yusuf Laval, Sabir Buqrin və Mamadu Kanu ötən mövsüm çempionluqda oynadıqları rolla əvəzedilməzliklərini sübut ediblər. Abasov qalan 2 yerə 8 əcnəbi yerləşdirir. Nəticədə bəzi futbolçular ayda 1, uzağı 2 oyuna çıxır, 11 ölkədən seçilmiş 12 əcnəbiyə aylıq 150-200 min dollar məbləğində vəsait xərclənir. Ağıllı menecer-məşqçi hətta maliyyəyə qənaət edilmədən 5-6 səviyyəli futbolçu seçər, keyfiyyəti təmin edərdi, əzəli rəqibinə darmadağın olmazdı.

Samir bəy Kamil Məmmədovun dediyi ilə o qədər oturub-durub ki, az qala hər mövqeyə 2-3 legioner gətizdirib. Avrokubokda 4 fərqli mövqedə oynadılan, vazkeçilməzə çevrilən Harramiz Soares 9 turda 2 dəfə meydan üzü görübsə, əvəzində onun yerinə gələn gündən ayağı boynundan asılı olan yeni əcnəbi gətirilibsə, deyiləcək başqa söz yoxdu.

Uzunmüddətli müqavilələrlə “Neftçi”yə calaq edilmiş bu oyunçular sabah üçün ağır yükə çevrilib. Oynamadan pul alan bu oyunçular elə yaşdadı ki, gedəsi yerləri də yoxdu, anlaşmaları bitənə kimi maaşlarını alacaqlar, ya da onlara kompensasiya ödəniləcək. Komandada əcnəbilərin orta yaş həddi 28,5-di. Qışda “Olimpiakos”a gedəcək nisbətən cavan Mamadu Kaneni çıxsaq, bu hədd 29-u keçir.

12 legionerin 9 turda meydanda olduğu vaxta diqqət edək:

1                                       2   3             4

Yusuf Laval                    9   768         85,3

Voyislav Stankoviç       8   720         80

Mamadu Kane               7   615         68,3

Sabir Buqrin                   7   510         56,6

Huqo Basto                    5   450         50

Sezar Meza Kolli           7   353         39,2

Mamadu Mbodj             4   351         39

Romen Bask                   4   314         34,8

Tiaqo Bezerra                 6   291         32,3

Ramon Maçado              6   203         22,5

Harramiz Soares            2   110         12,2

İvan Korrea Xorxe          0   0             0

1 –oyunçu, 2 – oyun sayı, 3 – meydanda olduğu dəqiqə, 4 – 9 tur üçün orta hesabla.

Mənzərə aydındı. İlk 4 pilləni köhnə legionerlər tutur, Abasovun seleksiyasının nəticəsi olanlar rəqabətdə onlara uduzur. Büdcə 9 turda mümkün 810 (9X90) dəqiqənin hətta yarısını oynamayan belə əcnəblərə dağıdılıb, komandaya lazım olan yerli futbolçular transfer edilməyib.

Məncə, Zaur Qəhrəmanov baş məşqçi haqqında istehzalı şərh yazmaqdansa, bu detalları qabardıb ondan hesabat istəməlidi. “Neftçi” rəhbərliyi də günahsız deyil. Məşqçiyə bunca böyük səlahiyyət verləndə, zamanında hadisələrin axarına müdaxilə edilməyəndə nəticə belə olmalıydı. İndi Abasov danlasın, sizi hədəf göstərsin, bəhanə axtarsın, siz də əl çalın, arada da sosial şəbəkədə bir-birinizi “like” edin.

VÜSAL MAHMUDOV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Dünya futbolu2024-04-23 13:01

Martines 2029-cu ilədək “İnter”də qalacaq

blank
Ölkə futbolu2024-04-23 12:48

Yapon futbolçu: “Avrokuboklara gedə bilərik”

blank
Ölkə futbolu2024-04-23 12:31

AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması

blank
Dünya futbolu2024-04-23 12:14

“Qəbələ”ni mübarizədən kənarlaşdırdılar, Avropanın ən güclüsü oldular

blank
Digər idman növləri2024-04-23 12:00

Ülviyyə Fətəliyevadan maksimum nəticə

blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm