Bizi izləyin

Ölkə futbolu

“Səbail” 2024-də bütün xalları hakimlərdən hədiyyə alıb: son turda da “Araz-Naxçıvan”ın haqqı yeyildi

blank
blank

Bu mövsüm “Zirə” və “Sabah” qədər hakim səhvinə məruz qalan başqa komanda tapa bilməzsiz. Bu cütlüyə qarşı edilənlərin səhv yox, aşkar qərəz olduğu hamıya bəllidir. Paytaxt klublarını sıradan çıxarmaq, hədəfdən yayındırmaq üçün hər şey ediblər. Bir ara “Turan Tovuz” da hakimlərdən aldığı ardıcıl zərbələrdən çox xal itirdi. Qərblilər qərəz üzündən itirdiyi xalları toplasaydı, indi aşkar fərqlə 2-ci pillədə möhkəmlənmişdi.

Misli Premyer Liqasında hakimlərin qəzəbinə düçar olmayan, əksinə, daim onlardan yardım görən komandalar da var. Maraqlıdır ki, hər ikisinin rəhbər heyəti vaxtilə AFFA-da işləyən və ya qurumun ali rəhbərliyi ilə həmişə təmasda, əlbir olan insanlardır. Onların bu klublara hansı yolla gəldiyi də kimsəyə sirr deyil. Söhbət “Sumqayıt”la “Səbail”dən gedir.

Araşdırılsa, hakimlərin bu komandalara yardımının kökündə himayədarın (oxu: Elxan Məmmədovun) tapşırığını da tapmaq olar, sözügedən klubların rəhbərlərinin AFFA-dakı dostlarıyla çoxillik münasibətlərin izini də.

Son turda hakim səhvindən sonra xal qazanan “Səbail”ə edilən yardımları yada salmaqda fayda var. Təkcə 2024-cü ildəki matçlarda “dənizçilər”in məhz hakimlərin sayəsində xallar qazandığı aşkar görünür.

Statistika heç vaxt aldatmır. “Səbail” yeni ildə 7 matç keçirib, onlardan 4-də uduzub. Qalan 3 matçın hamısında isə bu komandanın lehinə qərarlar var.

Kubokda hakimlər “Zirə”yə hər iki matçda məğlubiyyətə mane ola bilməyib. Bəlkə də həmin oyunlarda da hoqqa çıxarardılar, lakin o ərəfədə hakimlərlə bağlı qalmaqallar ciddi əks-səda doğurduğundan, bu riskə getmədilər. Çempionatda “Zirə”n səhv fitlər hesabına büdrədən Bayıl təmsilçisi, kubokda eyni yardımı görmədi və darmadağın oldu.

20-ci turda “Turan Tovuz”la matç da istisna olmadı. AFFA rəhbərliyinin işə qarışması, baş katib Sərxan Hacıyevin Tovuza yollanması hakimlərə ədalətli idarəçilikdən başqa çıxış yolu qoymadı və qərblilər qonaqlara göz açmağa imkan vermədilər. Ardınca “Qarabağ” da “Səbail”i məğlub etdi.

“Səbail”in uduzmadığı 3 oyun var və hamısında hakimlər baş rolda olublar. Faktiki olaraq qazanılan 5 xalın hamısının üzərinə kölgə düşüb.

Xatırlayaq:

* 19-cu turda “Səbail”in “Zirə” ilə oyunu qolsuz başa çatdı. Matçın sonlarında qonaqların yüzfaizli penaltisi verilmədi. Səhv o qədər bariz idi ki, baş hakim Fərid Hacıyev mövsümün sonunadək cəzalandı. Amma itirən “Zirə”, qazanan “Səbail” oldu.

* 22-ci turda Qəbələdə “Kəpəz”ə qonaq olan “dənizçilər” 4:1 hesablı qələbəyə sevindi. İlk baxışdan nəticə mübahisəyə əlyeri qoymur. Lakin oyunu izləyənlər həlledici anlarda hakimlərin etdikləri səhvlərin gəncəlilərin özünə gəlməsinə imkan vermədiyini xatırlayır. Rüfət Abdullazadənin qapı önündə həndbol oynamasına göz yumuldu, penalti təyin edilmədi. Daha bir neçə epizodda “Kəpəz”ə qarşı səhvlər oldu və nominal meydan sahiblərinə “mütləq uduzmalısız” mesajı verildi. Görüşdən sonra gəncəlilər bəyanat yaydı, lakin nə fayda?

* 23-cü turda “Səbail” “Araz-Naxçıvan”la görüşdə növbəti hədiyyəni aldı. Qonaqların ilk topu buraxıb geridönüş etdiyi matçda penaltisi verilmədi, üstəlik, “Səbail” yekun nəticəni (2:2) qayda pozuntusundan sonra vurduqları qolla müəyyənləşdirdi. Belə ki, 61-ci dəqiqədəki epizodun başlanğıcında naxçıvanlıların yarımmüdafiəçisi Miço Kuzmanoviçə qarşı sarı vərəqəlik qayda pozuntusu reallaşdı, baş hakim Kamran Əliyev isə oyunu davam etdirdi və Aleksandr Ramalinqom qol vurdu. Bu anı VAR-da əyləşən Rəşad Əhmədovla Eyyub İbrahimov da görməzdən gəldi. Halbuki eyni turda oxşar epizoda görə “Zirə”nin qolu haqlı olaraq ləğv edilmişdi.

İndi kimsə “Səbail”ə hakimlərin yardım etmədiyinə dair bircə fakt göstərsin, saytımızda ona tribuna verək. Hakimlərin 2024-cü ildə qərəzli olmadığı bütün matçlarda “dənizçlər” darmadağın olub, bütün səhvlər isə bu komandanın xeyrinə edilib.

AFFA prezidenti Rövnəq Abdullayevin oğlu üçün yaratdığı (özü etiraf edib – red.), sonradan Elxan Məmmədovun ələ keçirdiyi klubun Azərbaycan futboluna hansı faydası dəyib ki, ona bu qədər yardım edilir? Bir yığma üzvü yetişdirməyən, heç bir yetirməsi olmayan, AFFA-nın nəzdindəki bazada məskunlaşan, yalnız əcnəbi transferləri ilə büdcə dağıdan “Səbail” kimə lazımdır? Elxan Məmmədovun kölgəsi altındadır deyə mütləq onu yuxarı pillələrəmi dartmalıdırlar?

“Səbail”in hesabından hakimlərin yardımı ilə qazanılan 5 xalı çıxsaq, komanda indi autsayderlər qrupunda idi. “Kəpəz”in əlindən alınan xalları da nəzərə alsaq, “dənizçilər” ötən mövsümdə olduğu kimi, canı ilə əlləşməli idi.

VÜSAL MAHMUDOV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Milli komanda2024-04-16 14:03

Millimizin Monteneqrodakı toplanışı üçün 20 oyunçu

blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Digər idman növləri2024-04-16 13:01

Makron Olimpiada üçün seçim edir

blank
Digər idman növləri2024-04-16 12:44

Sinner Madriddə oynayacağını təsdiq etdi

blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Dünya futbolu2024-04-16 11:40

Zidan Riberi ilə birlikdə qayıdır

blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm