Ölkə futbolu
“Səbail” “Qarabağ”ı tək qoymadı
“Səbail” yeni mövsümdə dəyişiklik etmək qərarına gəlib. Son illər “Jako”nun geyindirdiyi “dənizçilər” bundan sonra daha keyfiyyətli brendə ehtiyac duyub.
Futbolinfo.az-ın əldə etdiyi məlumaya görə, “Səbail” qarşıdakı mövsümdə “Adidas”a üz tutub. Bu brendə qayıdan “Qarabağ” kimi Bayıl təmsilçisi də alman məhsuluna üstünlük verəcək.
Geyimində dəyişiklik edən təkcə “Səbail”lə “Qarabağ” deyil. Bugünə olan məlumata görə, “Neftçi” “Errea”ya, “Qəbələ” “Capelli Sport”a keçib. Digər klublarımızda da dəyişiklik gözlənilir. Xüsusilə “Jako” və “Joma” geyənlər narazıdır.
Məlumat üçün ötən mövsüm komandalarımızın futbolçularının geyindiyi brendləri xatırladaq:
Qarabağ – IL Azero
Sabah – Nike
Neftçi – Nike
Zirə – Joma
Qəbələ – Joma
Turan Tovuz – Jako
Kəpəz – Joma
Sumqayıt – Jako
Şamaxı – Joma
Səbail – Jako