Ölkə futbolu
“Səbail”də gözlənilən dəyişikliklər başladı
“Səbail”də gözlənilən islahat dalğası başladı. İlk olaraq heyətin “təmizlənməsi” prosesi start götürüb, qarşıdakı günlərdə proqnozlaşdırılan başqa olaylar da reallaşacaq.
Dünən günün sonunda üç legionerlə (Qustavo de Fransa, Luvaqa Kizito və Qoba Zakpa) yolların ayırlması təsadüfi deyildi. Mahmud Qurbanovun vaxtında komandaya cəlb olunan, lakin mövsüm ərzində istənilən faydanı verməyən futbolçuların yola salınması yeni mövsüm üçün daha yaxşı heyət yığılmasının işarəsidir. Deməli, baş məşqçi Şahin Diniyevə tam səlahiyyət verilib.
Əldə etdiyimiz bilgiyə görə, dünən klubdaxili iclas baş tutub. Klub rəhbərliyi, Müşahidə Şurasının üzvləri və Diniyev birlikdə yeni mövsümün planlarını cızıb. Klub idarəçiliyində islahatlar qarşıdakı günlərə saxlanılıb, hələlik cari işlərə start verilməsi dəqiqləşdirilib. Komanda üçün geyim dəstlərinin sifarişi, toplanışın planlaşdırılması, baş məşqçiyə lazım olmayan futbolçuların yola salınması barədə qərar verilib.
Yeni mövsümdə əsas komandanın büdcəsinin artırılacağı gözlənilir. Dəqiq rəqəm deyilməsə də, iddialı komanda qurulması üçün lazımi şəraitin yaradılacağı vurğulanıb. Heyət “artıq yüklər”dən təmizləndikdən sonra yeni transferlərə start veriləcək.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq