Ölkə futbolu
“Səbail”də yubiley
Misli Premyer Liqasının XX turu “Səbail”in futbolçusu Cabir Əmirli üçün yubileylə əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı müdafiəçi çempionatda 100-cü oyununu keçirib.
Bu yubiley “Kəpəz”lə ev matçına təsadüf edib. Cabir 100 qarşılaşmada 2 qola imza atıb.
Müdafiəçi Premyer Liqada 2016/17 mövsümündə debüt edib. O, bu müddətdə 4 klubun formasını geyinib. “Keşlə”də 45 (1 qol), “Səbail”də 44 (1) dəfə şans qazanan arxa xətt oyunçusu “Sumqayıt”da 7, “Neftçi”də 4 oyuna çıxıb.
Bu qarşılaşmada 1:0 hesabı ilə qalib gələn Bakı klubu qələbəsiz oyunlar və məğlubiyyət seriyalarına son qoyub. Sonuncu dəfə 2022-ci oktyabrın 8-də “Sumqayıt”a 1:0 hesabı ilə qalib gələn “Səbail” 115 gündən sonra 3 xal qazanıb. Bu müddətdə 10 qələbəsiz matç keçirən komanda 2 heç-heçədən sonra ardıcıl 8 dəfə uduzub.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO