Ölkə futbolu
“Səbail”in legioneri: “Evdə oturub, divana bağlı qalırsan”
“Bu vəziyyətdə UEFA-nın qərarını gözləmək üçün 4-5 günlük istirahətə buraxılmışıq. Bundan sonra bir qərar veriləcək. Hazırda vəziyyət aydın deyil, gözləmə rejimindəyik. Məşqlərimiz dayanıb, hamımız evdəyik”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Səbail”in ukraynalı qapıçısı Aleksandr Rıbka ölkəsinin mətbuatına açıqlamasında deyib.
O, Azərbaycanda koronavirusla bağlı vəziyyətin Ukrayndakı kimi olduğunu bildirib: “Bizə evdən çox çıxmamağı məsləhət görüblər. Vəziyyət demək olar ki, Ukrayna ilə eynidir. Bağlanacağı deyilsə də, hava limanları işləyir. Mağazalar, yanacaq doldurma məntəqələri və apteklər həmişəki rejimdə işləyir, ancaq kafe və restoranlar bağlanır.
Evdə oturmalısan, divana bağlı qalırsan. Düzdür, hamıda eyni vəziyyətdir, ümid edək ki, tez sona çatsın. Mən ailəmlə birlikdə evdə olmaq istəyirəm. Ancaq bunu necə edəcəyimi bilmirəm”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı