Digər idman növləri
“Sərhədçi” və “Sabah”dan vacib qələbələr
Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 24-cü turunun iki oyunu baş tutub.
Futbolinfo.az xəbər verir ki, turun açılış oyununda “Sərhədçi” region təmsilçisi “Olimpik Şəki” ilə üz-üzə gəlib.
“Sərhədçi” basketbolçuları bu oyunda 94:91 hesablı çətin qələbəyə seviniblər. Ən məhsuldar basketbolçular “Sərhədçi”dən Maksvel Starvud (35 xal, 7 ribaund), “Olimpik Şəki”dən isə Davante Kuper (29 xal, 5 ribaund) olublar.
Günün ikinci oyunu “Neftçi” və “Sabah” basketbolçuları arasında keçirilib. Bu görüşdə 80:68 hesablı qələbə qazanan tərəf “Sabah” basketbolçuları olublar. Ən məhsuldar basketbolçular “Neftçi”dən Mohsen Moradxani (23 xal, 16 ribaund), “Sabah”dan isə Kamran Məmmədov (19 xal, 7 ribaund) olublar.
Tura aprelin 5-də keçiriləcək “Zirvə Astara” – NTD, “AAAF Xırdalan” – “Gəncə” oyunları ilə yekun vurulacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…