Digər idman növləri
“Sərhədçi”dən rahat, “Neftçi”dən çətin qələbə
Bu gün Azərbaycan Basketbol Liqasında 11-ci turun iki oyunu baş tutub.
Futbolinfo.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilmiş turun açılış oyununda “Sərhədçi” və “Şəki” üz-üzə gəliblər.
Bu görüşdə “Sərhədçi” 112:82 hesablı rahat qələbə qazanıb. Ən məhsuldar basketbolçular “Sərhədçi”də Kaleb Hanter (30 xal, 7 asist), “Şəki”də Pol Dibal (21 xal, 9 ribaund) olublar.
Günün ikinci oyununda liderlər qrupunda qərarlaşmış “Neftçi” “Cəlilabad” klubu ilə qarşılaşıb. Gərgin oyunun yekununda 72:63 hesabı ilə sevinən tərəf “Neftçi” olub. Ən məhsuldar basketbolçular “Neftçi”də Toraje Breyk (20 xal, 11 asist), “Cəlilabad”da Rişan Conson (15 xal, 10 ribaund) olublar.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Dünya futbolu2024-04-17 16:41
Daha bir özbək İtaliyaya köçür