Bizi izləyin

Müsahibə

Sərxan Hacıyev: “Premyer Liqanı bu il bir komanda tərk edəcək”

blank
blank

AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun hesabat konfransından sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az həmin müsahibəni diqqətinizə çatdırır:

  • Əlavə 4 komanda I Diviziona gətiriləcək. Bu, hansı prinsiplə olacaq? Bölgələr üzrə olacaq, yoxsa sponsoru olanlar cəlb ediləcək? AFFA bu seçimi necə edəcək?
  • Kriteriyalar üzrə klublara müraciət ediləcək. Ona cavab verənlər I Divizionda olacaq. İlk növbədə bu məsələyə baxılacaq. Əlbəttə ki, digər məsələlər də gündəmə gələ bilər. Məsələn, ola bilər hansısa komanda Region Liqasında üç ildir çıxış edir, amma elə komanda var, bir ildir çıxış edir. Yəni üç il çıxış edən komandanın diviziona gəlmək şansı daha çoxdur. Həmin komandanın dəstəkçisi ola bilər. Bir il çıxış edib, sponsorlarla gələn komanda daha yaxşıdır, nəinki üç ildir Region Liqasında oynayıb, diviziona gəlib mövsümün yarısında iştirakını dayandıranlar.
  • Hər dəfə deyirsiz ki, 10-cu olan komanda Premyer Liqanı tərk edəcək. Bəs diviziondan neçə komanda gələcək?
  • Bəli, bir komanda bu il Premyer Liqanı tərk edəcək. Təbii ki, sonuncu yeri tutan. Buna görə, Premyer Liqa klubları bunu nəzərdə saxlasın. Bəli, diviziondan bir komanda idman prinsipləri qorunaraq, yüksək liqaya gələcək. Komandalarının sayının artırılması bu dəqiqə müzakirə mövzusu deyil.
  • I Divizion klublarına dövlət tərəfindən maliyyə ayrılacağını dediniz. Ola bilər ki, divizionda 10 yox, çox komanda olsun?
  • Gələn mövsüm üçün yox. Nəzərdə tutulub ki, 10 komanda olsun. Çünki dövlət tərəfindən ayrılacaq büdcə də 10 komanda üçündür. Gələcək illərdə büdcə artırılsa, baxa bilərik. Amma hazırda ayrılan məbləğ ancaq 10 komandalıq büdcədir.
  • Seçim çətin olmayacaq sizin üçün?
  • Çətinlik ola bilər. Lakin PFL tərəfindən qeyd edilən kriteriyalar var. Elə format olmayacaq ki, kim istəyir gəlsin divizionda çıxış etsin. Klubun öz stadionu olmalıdır. İdeya odur ki, 4 komandanın hamısı region təmsilçisi olsun. Region komandası, öz şəhərində oynamırsa, birmənalı şəkildə müzakirəyə çıxarılmayacaq. Region Liqasında bir şəhəri təmsil edib, başqa şəhərdə oynamaq var. Amma belə komandaların I Divizionda iştirakı müzakirə olunmayacaq. Məbləğ veriləcək, komandaların hamısı iştirak etmək istəyəcək. Kriteriyalar ona görə yaranıb ki, seçim etmək mümkün olsun. Elə komanda gəlsin ki, çempionatın yarısından çıxmasın.
  • Dediz ki, regionlarda stadionlar tikiləcək. Onlar arasında işğaldan azad edilmiş yerlər var?
  • Hazırda sırf o regionlarla bağlı müəyyən müzakirələr gedir. Ona görə dəqiq məlumat verə bilmərəm. Növbəti həftələrdə müzakirə olunacaq. Lakin bir regionu qeyd edə bilərəm ki, belə fikir var. Tərtərdə stadion tikiləcək, infrastruktur yaradılacaq.
  • “Səbail” turnir cədvəlinin sonuncu pilləsindədi. Onlar hansısa bölgəni təmsil edə bilər. Premyer Liqadan düşsə, hansısa bölgəyə köçürülə bilər?
  • Hazırda bununla bağlı ciddi şəkildə müzakirələr yoxdur.
  • I Divizion klublarına nə qədər vəsait ayrılacaq?
  • 10 komandaya 3 milyon, yəni bir komandaya 300 min manat.
  • Region Liqasından hansı klublar sizə müraciət edib?
  • “Füzuli” müraciət etmişdi. “Difai” də həmçinin. Ola bilər ki, hansısa komandaları yaddan çıxarım. Bir neçə komanda müraciət edib. Lakin həmin komandalarla kriteriya məsələsi müzakirə edilməyib.
  • Tərtərdə stadion tikiləndən sonra MOİK ora köçürülə bilər?
  • Xeyr, belə söhbət müzakirə mövzusu deyil.
  • Futzalda sanki İran və Əfqanıstan çempionatı keçirilir. İnkişaf istəyiriksə, niyə bu qədər legioner gətirilir. Ölçü götürəcəksiz?
  • Hazırda bu məsələ AFFA-da rəhbərlik tərəfindən və futzal federasiyası tərəfindən ən aktiv müzakirə olunan məsələlərdən biridir. Gələn ildən Yüksək Liqada çıxış edən legioner məsələsinə limit və kriteriyaların tətbiq edilməsi ciddi şəkildə müzakirə edilir. Məsələn, ola bilsin ki, Yüksək Liqada çıxış edən legioner öz ölkəsinin yüksək liqasında və ya millisində oynamalıdır.Məsələn, Əfqanıstan yığmasının üzvü olmalıdır ki, liqamızda iştirak etsin. Misal üçün deyirəm. Müzakirələr gedir.
  • Premyer Liqadakı süni örtüklü meydanlar təbiiyə keçirilə bilər?
  • Həm Bayılda, həm Tovuzdakı stadionda süni örtük yeni salınıb. Bu gün üçün müzakirə olunmur. Çünki belə məsələlər sonda müəyyən maliyyəyə gətirib çıxarır. Təbii ot olduğu halda, yanında məşq üçün də meydançalar olmalıdır. Sünii örtükdə bir neçə məşq etmək mümkündür. Təbii örtüyə keçmək büdcə tələb etdiyindən, hazırda müzakirə edilmir.
  • Hesabatda bənd var. Digər xərclər 6 milyondur. Onlar nədir?
  • O xərclər müxtəlif tədbirlərin keçirilməsinə xərclənib. Tədbirlər, milli komandaların səfərləri zamanı baş verən hadisələrə görə ola bilər. Böyük tədbirlərin də keçirilməsində gözlənilməz xərclər ola bilər. Bir tədbir yox, ilboyu bir çox komandalarımız səfərlər edir. İstənilən sahədə müəyyən nəzərdə tutulmayan xərclər ola bilər.
  • Sosial şəbəkələrdə bununla bağlı müzairələr edilir. Olmaz ki, tam açıqlansın?
  • Digər xərclər elə məsələdir ki, istənilən halda, detallı şəkildə hər birini açıqlamaq mümkün olmur. Gözlənilməz şəraitdə baş verən xərcləri detallı şəkildə demək asan olmur. Ona görə, məcbr olaraq digər xərclər kimi göstəririk.
  • 2023-cü ildə idman jurnalistləri arasında tədbirlər nəzərdə tutulub?
  • Belə ideyamız var. Amma sırf jurnalistlərin arasında deyil. Ola bilər ki, bir neçə seqmenti əhatə edən turnirlərimiz olsun. Həmçinin də jurnalistlər orada iştirak etsin.
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Ölkə futbolu2024-04-13 09:48

“Qəbələ”də 3 itki

blank
Ölkə futbolu2024-04-13 08:35

Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”

blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Premyer-liqa2024-04-12 20:56

“Sumqayıt”la “Zirə”dən heç-heçə

blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Ölkə futbolu2024-04-12 19:41

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər idman növləri2024-04-12 19:20

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm