Digər idman növləri
Səudiyyə Ərəbistanı indi də tennisə yatırım edir
Səudiyyə Ərəbistanı hökuməti dünya idmanına sərmayə yatırımını genişləndirməkdədir. Futbol və qolfdan sonra onlar tennisə də diqqət ayırıblar. Dövlət İnvestisiya Fondu artıq ATP-nin rəhbəri Andrea Qaudensi ilə danışıqlar aparıb.
Qaudensinin sözlərinə görə, danışıqlar pozitiv keçib. Bununla belə o, potensial investorlara xəbərdarlığını da çatdırıb: “Siz ilk növbədə tennis tarixinin prinsiplərinə hörmətlə yanaşmalısınız. Bunun üçün də hazırkı maraqlı tərəflərin əksinə deyil, onlarla birlikdə çalışmalısınız. Birinci növbədə müqəddəs hesab edilən oyunun qaydalarını qoruyub saxlamalısınız”, – deyə ATP-nin rəhbəri qeyd edib.
Mətbuatın məlumatına görə, ATP-nin final yarışı Səudiyyə Ərəbistanında keçirilə bilər.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü