Ölkə futbolu
“Sabah” Naniyə 450 min dollar təklif edib
Portuqaliyalı məşhur futbolçu Luiş Nani Azərbaycana gələ bilərmiş. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, təcrübəli vinger “Sabah”la danışıqlar aparıb.
Azad agent olan oyunçu Masazır təmsilçisi ilə maddi məsələlərdə razılaşa bilməyib. Paytaxt klubu Aleksey Kaşukun əvəzinə gətirmək istədiyi Naniyə illik 450 min dollar maaş təklif edib. Lakin futbolçu bu maaşın az olduğunu bildirərək danışıqlardan imtina edib.
Məhz bundan sonra o, Türkiyə Superliqa təmsilçisi “Adana Demirspor”la danışıqlara başlayıb. Nəticədə məşhur oyunçu qardaş ölkə klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Luiş Nani karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Valensiya”, “Fənərbağça” kimi böyük klublarda çıxış edib. O, sonuncu dəfə Avstraliyanın “Melburn Viktori” klubunda oynayıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”