Ölkə futbolu
“Sabah” yeni transferini rəsmən açıqladı – VİDEO
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir futbolçuyla anlaşıb.
Futbolinfo.az xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçi Vensan Till ilə 2 illik müqavilə bağlanıb.
23 yaşlı futbolçu Fransanın “Mets” klubunun yetirməsidir. O, karyerası ərzində bu klubun əsas və əvəzedici komandasında (2016-2018), həmçinin Fransanın “Po” (2018-2019), “Orleans” (2019-2020), Portuqaliyanın “Nasional” (2020-2021) klublarında çıxış edib. 2021-ci ildə Ukraynanın “Vorskla” klubuna transfer edilən futbolçu, son iki mövsümdə icarə əsasında İsveçin “Örebro” (2022) və AİK (2022-2023) klublarında oynayıb. Lüksemburq millisinin də üzvü olan Till, yığma komandanın heyətində 48 oyun keçirib, 3 qola imza atıb.
Yeni transfer “Sabah”da 12 nömrəli formada çıxış edəcək.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq