Müsahibə
“Sabah”ı tanışlarına görə tanıyan Paniç: “Bu, “Sabah”a təzyiq etmək üçün yaxşıdır”
UEFA Konfrans Liqasının 2-ci təsnfiat mərhələsində “Sabah”ın rəqibi olan Latviyanın RFŞ klubunun yarımmüdafiəçisi Stefan Paniçin futbolinfo.az-a müsahibəsi
– Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəsiniz…
– İstəyimiz növbəti mərhələyə keçmək idi. İlk raundda “Makedoniya” klubu üzərində inamlı qələbə qazandıq. Mümkün qədər çox irəli getmək istəyirik.
– İkinci təsnifat mərhələsindəki rəqibiniz olan “Sabah” klubu haqqında nə bilirsiz?
– Mən şəxsən “Sabah” haqqında çox şey bilirəm. Çünki ən yaxşı dostlarımdan biri Filip İvanoviç 2-3 il bu klubda çıxış edib. Yəni mənim üçün naməlum komanda deyil. Dəqiq bildiyimiz budur ki, Bakı təmsilçisi çoxlu keyfiyyətli futbolçulara sahib komandadır.
– Amma onlar ilk dəfə avrokuboklarda oynayacaqlar. Siz isə burada təcrübəyə sahibsiniz…
– Təbii ki, təcrübə bizə kömək edə bilər. Çünki Konfrans Liqasında böyük təcrübəmiz var. Ona görə də əminəm ki, bu tərəfdən biz daha şanslıyıq. Lakin bu, qalibi müyyən edəcək o qədər də çox önəmli şey deyil.
– “Sabah”ın hansısa oyununa baxmısınız?
– Bəzən oyunlarına baxıram. Boyan Letiç də hazırda orada çıxış edir və biz bir-birimizi tanıyıq. Ona görə də Azərbaycan klubu haqqında çox məlumata sahibəm. “Sabah” hücumameyilli futbola üstünlük verən komandadır. Ön xətdəki futbolçular yüksək keyfiyyətlərə malikdir. Yəqin ki, ötən mövsüm ikinci olmalarına da səbəb məhz hücumda çox yaxşı oynamalarıdır.
– “Sabah”ın baş məşqçisi Murad Musayev Rusiyanın “Krasnodar” klubundakı uğurları ilə məşhurdur. Onun komandasına qarşı oynamaq çətin olmayacaq?
– Bəli, mən də onu “Krasnodar”dakı vaxtından tanıyıram. Bu klub tarixindəki bəlkə də ən yaxşı oyununu onun vaxtında oynadı. Şəxsən baş məşqçinin avrokuboklardakı təcrübəsi “Sabah”a kömək edə bilər. Bu onlar üçün yaxşı keyfiyyətdir. Murad Musayevin taktikasına və komandasına qarşı oynamaq çətin olacaq.
– Azərbaycanda “Sabah”ı bu cütün favoriti hesab edirlər…
– Hesab edirəm ki, təsnifat oyunlarında heç kim üstün deyil. Xüsusən də müasir futbolda bu cür şeylər önəm daşımır. Çünki komandalar bəzən öz sərhədlərini zorlayıb böyük klublara qalib gəlirlər. Məncə, şanslar 50-50-dir. Amma Azərbaycan tərəfi belə düşünürsə, bu, “Sabah”a təzyiq etmək üçün yaxşıdır. Fikrimcə, lehimizə olan amildir.
AĞA
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”