Ölkə futbolu
“Sabah”ın legionerləri üçün əlamətdar oyun
Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunun “Keşlə” ilə oyunu (1:1) “Sabah”ın iki oyunçusu – Zurab Oçiqava və Tiemoko Fofana üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, start heyətində yer alan və 90 dəqiqə meydanda olan Zurab “Sabah”da ilk oyununu keçirib.
Qarşılaşmanın 90+1-ci dəqiqəsində komandasının bərabərlik qoluna imza atan Fofana isə “Sabah”da qol hesabını açıb.
Fil Dişi Sahilindən olan forvard buna Premyer Liqadakı 4-cü oyununda nail olub. 21 yaşlı hücumçu Premyer Liqada “Sabah”ın heyətində qol vuran 25-ci futbolçudur.
Yüksək liqada “Sabah”ın heyətində ən çox qol vuran futbolçu isə Marko Deviçdir (9 qol).
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…