Müsahibə
“Sabah”ın rəqibi: “Maraqlı və yaxşı komandadırlar”
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan Latviyanın RFS klubunun vingeri Sedrik Kuadionun futbolinfo.az saytına müsahibəsi
– Konfrans Liqasının ilk təsnifat mərhələsində “Makedoniya” klubuna qalib gəldiniz. Matçlar necə keçdi?
– Deyə bilərəm ki, onlarla iki matç da çətin keçdi. Lakin komanda işi və intizam sayəsində rəqibə qalib gəldik. Növbəti mərhələyə çıxmağımız əla oldu.
– İkinci mərhələdə rəqibiniz “Sabah”dır. Ümumiyyətlə, bu komandanı tanıyırsan?
– Düzünü desəm, heç bir məlumatım yoxdur. Sadəcə, bəzi komanda yoldaşlarımdan eşitdim ki, maraqlı və yaxşı komandadırlar. Başqa heç bir informasiyam yoxdur.
– Azərbaycan təmsilçisi ilk dəfə avrokuboklarda iştirak edəcək. Bu, sizin üçün üstünlük sayıla bilər?
– Avrokuboklarda təcrübəyə malik olmaq əsas məsələ deyil. Biz bir müddət öncə qitə meydanlarında çox təcrübəsi olan rəqibi məğlub etmişdik. Düşünürəm ki, təcrübənin olması yaxşıdır, amma hər şey demək deyil.
– Bizim futbolumuz haqqında ümumi hansısa məlumatınız var?
– Yalnız Azərbaycanda olan bir komanda yoldaşım olduğunu deyə bilərəm.
– Kim idi və onunla hansı komandada oynamısız?
– Vüqar Əsgərov var, onunla birlikdə “Dauqavplis”də oynamışıq.
– İlk matçı doğma meydanda keçirəcəksiniz…
– İndi futbolda bunun o qədər əhəmiyyəti yoxdur. Bəzi komandaların səfərdə qalib gəlib evdə uduzduğunu gördük. Ona görə də böyük əhəmiyyət daşımır.
FƏRİD
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”