Bizi izləyin

Ölkə futbolu

“Sabah”ın ümid bəslədiyi ulduz hücumçu: Bakıda hələlik avtoqolla yadda qalıb

blank
blank

Son illər Azərbaycan çempionatının yüksəlişdə olması ölkəmizə sanballı futbolçuların gəlişinə yol açıb. Doğrudur, indiyə qədər ölkəmizə tarixə damğa vuran ulduz futbolçular gəlməsə də, tanınmış simaları görmüşük. Buna misal olaraq Mikael Essyen, Keysuke Honda və Emil Mpenzanın göstərmək olar.

Təbii ki, bu futbolçular karyeralarının qürub çağlarında bir cənub şəhərinə səfər edib. Amma onların bura böyük pullara görə gəldiyini heç kim söyləyə bilməz. Yəni, biz heç vaxt Yaxın Şərq və ABŞ kimi pulları şabaş edib onların başına səpələməmişik. Buna baxmayaraq, öz ölkələrinin milliləri və “böyük beşlik” ölkələrində sayılıb-seçilən futbolçular son 10 ildə Premyer Liqamızda oynamağa razılıq verib və bundan sonra bu proses davam edəcək. Onu da etiraf edək ki, onların heç biri Azərbaycana gələndən sonra nəinki dağı, heç daşı daş üstə qoymayıb. Bəziləri haradasa səviyyəsini göstərə bilib. Amma bu, ciddi mənada nəticələrə təsir göstərməyib.

Məsələn, Honda “Neftçi”nin çempion olduğu mövsümdə heyətdə özünə yer edə bilmişdi. Amma yaponiyalı futbolçunun uğurun memarı olduğunu söyləmək olmaz. Nə qədər onları “təmizə çıxartmağa” çalışsaq da, “böyük beşlik” ölkələrinin futbolçuları burada ikinci baharı yaşamayıb. Hərçənd, hazırda elə klublar var ki, belə transferləri sonda bəhrəsini görsün deyə transfer edir. Götürək elə, Aleksey Kaşuk və Coy-Lens Mikelsin gedişindən sonra İshaq Belfodilə göz dikən “Sabah”ı. Hazırda əlcəzairli sələflərinin oyunun heç 1/4-i də oynaya bilmir. Hərçənd onun buradan baş çıxarmayacağını proqnozlaşdırmaq olardı. Çünki son illər İshaq klublarını əlcək kimi dəyişridi. Bu isə onun ümidləri doğrultmamasından xəbər verir. Elə isə şimali afrikalı futbolçununun ölkəmizə qədər keçdiyi bütün yolları gözümüzün önündən keçirək.

1992-ci ilin yanvarın 12-də Əlcəzairin Mostaqanem şəhərində doğulan Belfodil ailəsinin Fransaya köçməsindən sonra futbolda ilk addımlarını məhz bu ölkədə atıb. O, 5 yaşında Parisin Elankur şəhərətrafı qəsəbəsinin komandasının akademiyasında top qovmağa başlayıb. 13 yaşında fransalı oyunçuların hazırlığı üzrə ixtisaslaşan elit “Klerfonten” akademiyasına düşə bilməyən İshak PSJ-yə keçib. Amma həm təhsilinə diqqət ayıra bilmədiyinə, həm də oyun təcrübəsi sarıdan korluq çəkdiyinə görə orada cəmi 1 il qalıb.

Belfodil ardınca Hatem Ben Arfa və İssiar Dia kimi məzunları olan “Bulon-Biyankur”a üz tutub. Nəhayət, 2007-ci ildə isə Liqa 2 klubu “Klermon”un əvəzedici komandasına qoşulub. 16 yaşlı futbolçular arasında turnirin bombardiri olan İshakın Lion “Olimpik”i, həmçinin “Çelsi” və “Mançester Yunayted” kimi klubların maraq dairəsinə düşüb. O, 2008-ci ilin noyabrında Lion klubu ilə yeniyetmələr üçün nəzərdə tutulan 3 illik müqavilə imzalayıb.

blank

Amma Belfodilə Fransanın 2000-ci illərinin hegemon klubunda debüt etmək üçün 9 ay gözləmək lazım gəlib. 2009-cu il avqustun 22-də Liqa 1-də “Oser”lə oyunda ilk dəfə “Olimpik”in əsas heyətində meydana çıxan hücumçu üçün cəmi 3 gün sonra Çempionlar Liqasında əlamətdar hadisə yaşanıb. Baş məşqçi Klod Pyuel pley-off mərhələsində “Anderlext”lə cavab matçında ona şans tanıyıb.

2009/10 mövsümündə qəhrəmanımız ümumilikdə Lion klubunda 4 görüşdə iştirak edib. Lakin forvard 2010/11 mövsümün bütövlükdə əvəzedici komandada keçirib. Orada özünü yaxşı tərəfdən göstərməsi onun yenidən əsas heyətə qayıtmasına gətirib.

2011/12 mövsümündə qəhrəmanımız “Olimpik”in heyətində çempionatda 7, Çempionlar Liqasında isə 2 oyuna çıxıb. Buna baxmayaraq, əlcəzairli bu klubun yeni Kərim Benzemasına (hər halda, həmyerlisidir) çevrilə bilməyib. Nəticədə rəhbərlik onu “Bolonya”ya icarəyə verib. Belfodil bu komandanın heyətində A Seriyasında 8 oyunda meydana çıxıb, amma qol vura bilməyib. 2012-ci ildə lionlular onu “Parma”ya satıb. Məhz bu komandada İskah A Seriyasında qol hesabını açıb: ilk mövsümündəcə mərkəz hücumçusu və sol vinger kimi 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

2013-cü ildə uzun çəkən danışıqlardan sonra Belfodil hücum xəttini gücləndirmək istəyən “İnter”ə keçib. Milanlılar onun transfer hüququnun 50 faizini əlində saxlamasına görə 5,75 milyon avro ödəyib. Bu transferdən “Olimpik” də 1,8 milyon avro pay götürüb.

Maraqlıdır ki, Belfodilin “İnter”də təqdimat mərasimi Mauro İkardi ilə eyni günə təsadüf edib. Ancaq İkardidən fərqli olaraq, İshak burada uğursuzluq yaşayıb. Əlcəzairli “İnter”də cəmi 8 oyun keçirib – özü də hamısında oyuna sonradan daxil olmaqla. Mövsümün ikinci yarısında “İnter” rəhbərliyi onu 1 milyon avroluq icarə əsasında “Livorno”ya göndərib. Amma bərbad fiziki formada olduğuna görə, adıçəkilən futbolçu 17 matçda cəmi 1 assistlə yadda qalıb. Komanda isə B Seriyasına düşüb.

blank

Buna baxmayaraq, “Parma” Belfodilə inanıb və ona görə “İnter”ə 5,75 milyon avro ödəməklə futbolçunun transferinin 100 faizinə sahib çıxıb. Daha doğrusu, bunu iki oyunçusu – Lorentso Krizetiq və Yao Eloqe Koffini verməklə nail olub. “Parma” və əsas sponsorunun müflis elan olunmasından sonra – 2015-ci ilin mayında İshakın müqaviləsinə xitam verilib. İş o yerə çatır ki, “Parma” ona olan borcunu ödəməmək haqqını qazanıb, ancaq onun transfer haqqı “Parma”nın əlindən çıxıb. Yəni futbolçu azad agent status əldə edib. Halbuki, normal şəraitdə “Parma” onu minimum 8,25 milyon avroya sata bilərdi.

2015-ci ilin yayında Belfodil azad agent kimi BƏƏ-nin “Baniyas” (bu klubda Riçard Almeyda da oynayıb) klubuna keçib. Orada liqada 23 matçda 11 qol, 2 assistlə yadda qalan hücumçu yenidən Avropanın diqqətini cəlb edib. “Baniyas”la 2 illik müqavilə imzalasa da, razılıq əsasında 2016-cı ilin avqustunda azad agent kimi Belçikanın “Standard” klubuna qoşulub. Burada İshak 11 qol, 7 ötürmə ilə diqqət çəkib.  Bunun nəticəsində Belçika klubu müqaviləsindəki bəndi aktivləşdirib və Belfodillə sözləşmə daha 1 illik müddətinə uzadlıb. Amma 2017-ci ilin yayında “transfer pəncərəsi”nin son günündə İshak icarə əsasında “Verder”ə keçib. Almaniya klubu buna görə lyejlilərə 600 min avro ödəsə də, onu birdəfəlik transfer etməkdən imtina edib.

blank

2018-ci ilin yayında “Hoffenhaym” 5,5 milyon avroya Belfodili “Standard”dan alıb. 2018/19 mövsümünü əlcazirli futbolçu Bundesliqa təmsilşisinin heyətində fantastik çıxış edib: Bundesliqada 16 qol, 3 assist. Buna baxmayaraq,  sonrakı iki mövsümdə İshak Almaniya çempionatında 19 matçda qol vura bilməyib. Nəticədə 2021-ci ilin yayında cəmi 500 min avroya “Herta”ya satılıb. 2021/22 mövsümündə Bundesliqada 28 oyunda 5 qol və 2 assistlə yadda qalan “köçəri futbolçu” 2022-ci ilin yayında azad agent kimi Qətərin “Əl-Qarafa” klubuna transfer olunub. O, burada çempionat və kubok matçlarında 24 matçda 8 qol və 4 assistlə yadda qalıb.

blank

Ötən ilin sentyabrında isə Belfodil “Sabah”la 2 illik müqavilə imzalayıb. O, həmin ayın 30-da “Səbail”lə 2:2 hesabıyla bitən səfər görüşünün 65-ci dəqiqəsində debüt edib. Artıq növbəti turda İshaq ölkəmizdə ilk qolunu vurub. “Araz-Naxçıvan”la Masazırdakı matçın 63-cü dəqiqəsində yenə Emmanuel Apehi əvəzləyən forvard 13 dəqiqə sonra toru silkələyib. Lakin o, avtoqolla rəqibi sevindirib.

Onun milli karyerası da parlaq alınmayıb. Hücumçu öz ölkəsinin yığmasında 19 oyunda cəmi 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Sonuncu dəfə millinin heyətində 2022-ci martında oynayıb.

Kim bilir, mövsümün ilk yarışını boşa verən futbolçu fasilədən sonar “tövbə etməsə” onu gələcəkdə hansı klublarda şans yaradılacaq? O, artıq bizə maraqlı olmayacaq. Bizə maraqlı olan odur ki, “Sabah” hələ də susqunluğu ilə yadda qalan 32 yaşlı İshaka nə qədər dözəcək?

ABBAS

Yeri gəlmişkən…

Belfodil 2023-cü ilin yayında Fransada qalmaqalın iştirakçısı olub. Futbola başladığı Elankurda 15 yaşlı bacısı ilə münaqişədən sonra onu boğmağa çalışıb. Bacısı polisə zəng vurub, Belfodil saxlanılıb və dindirilib. Nüfuzlu “L’Equipe” nəşri də bu xəbəri təsdiqləyib.

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-19 16:01

“Lerik” Əsasnaməni pozduğu üçün cərimə olundu

blank
I Liqa2024-04-19 15:47

“İrəvan” xərəkdaşıyanlara görə cəzalandı

blank
Premyer-liqa2024-04-19 15:41

“Turan Tovuz” “Sumqayıt”a qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2024-04-19 15:31

Almanlar bunu 29 ildən sonra bacardılar

blank
Dünya futbolu2024-04-19 15:15

Olmo seçim qarşısında

blank
Dünya futbolu2024-04-19 15:00

“Barselona” “Nou Kamp”a nə vaxt qayıdacaq?

blank
Premyer-liqa2024-04-19 14:41

“Qarabağ”la “Qəbələ”nin 77-ci dueli

blank
Digər idman növləri2024-04-19 14:24

Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-04-19 14:10

Ataman üçün acı xəbər

blank
Digər idman növləri2024-04-19 13:52

Çində ən yaxşı nəticəni “Maklaren” sürücüsü göstərdi

blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Digər idman növləri2024-04-19 12:44

Ən yaxşı snayper müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 12:27

AFFA Tovuza elə bir hakim göndərib ki…

blank
Digər idman növləri2024-04-19 12:10

MHL-də mövsümün ən məhsuldar oyunçusu bəlli oldu

blank
Dünya futbolu2024-04-19 11:53

İngilislərin fiaskosu və “Atalanta” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-19 11:35

Azərbaycan tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-19 11:20

İtaliya ÇL-də 5 komanda ilə təmsil olunacaq

blank
Premyer-liqa2024-04-19 11:06

“Turan Tovuz” – “Sumqayıt” və “Zirə” – “Neftçi” matçlarının hakimləri bilindi

blank
Ölkə futbolu2024-04-19 10:57

Tovuzdakı vacib matç Əliyar Ağayevə tapşırıldı

blank
Dünya futbolu2024-04-19 10:49

Kloppun məğlubiyyət şərhi

blank
Digər idman növləri2024-04-19 10:34

Oyunların tarixi açıqlandı

blank
Dünya futbolu2024-04-19 10:17

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər2024-04-19 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-04-19 09:45

“Bayer”dən Avropa rekordu

blank
Ölkə futbolu2024-04-19 09:30

Tovuzda prinsipial oyun

blank
Digər idman növləri2024-04-19 09:12

Kanadada növbəti məğlubiyyət

blank
Ölkə futbolu2024-04-19 08:52

Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm