Digər idman növləri
Sabonisin növbəti tripl-dablı və… komandasının məğlubiyyəti
MBA-da bu gecə 6 oyun keçirilib. Litvalı basketbolçu Domantas Sabonis yenə yüksək göstəriciləri ilə diqqət çəkib. Tripl-dabl etməsinə baxmayaraq, komandası “Finiks Sans”a məğlub olub – 125:130. Ardıcıl məğlubiyyətlər nəticəsində “Sakramento Kinqs” turnir cədvəlində vəziyyətini çətinə salıb.
Gecənin ən məhsuldar basketbolçuları Entoni Edvardsla Ceyson Teytum olub. Onların hər ikisi 41 xal toplayıb. Lider “Boston Seltiks” Teytumun köməkliyi ilə “Bruklin Nets”i səfərdə məğlubiyyətə uğradıb – 118:110. Edvardsın komandası “Portlend Treyl Bleyzers”ə 121:109 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində Minnesota təmsilçisi Şərq konfransında liderliyini qoruyub.
“Leykers” autsayder “Detroyt Pistons”dan 125:110 hesabı ilə üstün olub. Lebron Ceyms oyunu 25 xalla tamamlayıb. “Miluoki Baks” isə evdə “Mayami Hits”ə uduzub – 113:127. Eyni hesabın qeydə alındığı qarşılaşmada “Oklahoma Siti Tanders” Orlandoda qələbə qazanıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı