Dünya futbolu
Şahruddin oynadı, komandası qələbə qazandı
Türkiyə Superliqasında 28-ci turun oyunları keçirilir. Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Dəmirspor” bu turda evdə “Fatih Karagümrük”lə qarşılaşıb.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Adana təmsilçisi 10 oyundan sonra qalib gəlib.
27-ci dəqiqədə Mario Balotellinin penaltidən vurduğu qolun həlledici olduğu oyunda Şahruddin də iştirak edib. Qolkiper start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Hazırda “Adana Demirspor” turnir cədvəlində 35 xalla 9-cu, “Fatih Karagümrük” 29 xalla 16-cıdır.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı