Ölkə futbolu
Şahruddin “Qarabağ”a inanır: “Başqa rəqib haqda danışmağın mənası yoxdur”
“Təbii ki, “Qarabağ”a inanıram. Ən əsası, inanıram ki, onlar öz oyunlarını oynamağa çalışacaqlar”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın sabiq qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
Hazırda “Adana Dəmirspor”da çıxış edən Azərbaycan yığmasının “çərçivə” qoruyucusu “Qarabağ”ın bu gün Avropa Liqasının 1/8 finalında “Bayer”ə (Leverkuzen) qarşı keçirəcəkləri oyundan danışıb: “Xüsusən də ev oyununda azarkeşlər həmişəki kimi gözəl atmosfer yaradacaqlar. Başqa rəqib düşməsi haqqında danışmağın mənası yoxdur. “Bayer” indi dünyanın ən yaxşı komandalarından biridir. Ona görə də hamı bunu başa düşməlidir və nəticədən asılı olmayaraq “Qarabağ”ı sona qədər dəstəkləməlidir”.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı