Ölkə futbolu
Şakir Seyidov indi hara gedir?
Şakir Seyidov növbəti mövsümdə oynamaq üçün yeni komanda axtarır. “Turan Tovuz” ötən il “Sabah”dan icarəyə götürdüyü yarımmüdafiəçi ilə yola davam etmək istəməyib.
Futbolinfo.az xəbər verir ki, hazırda paytaxt klubunun düşərgəsində olan Şakirə ciddi təklif yoxdur. Yalnız “Araz-Naxçıvan” yerli futbolçu potensialını artırmaq üçün ona dəvət göndərib. “Sabah” razılıq verərsə, Seyidov Premyer Liqanın yeni iştirakçısının düşərgəsinə yollanacaq.
“Sabah”da yetişən Şakir 2022-ci ildə Latviya “Dauqavpils”inə, ötən mövsüm isə Tovuz klubuna icarəyə verilmişdi. Bakı klubunun ümidləri doğrultmayan oyunçu ilə yollarını brdəfəlik ayırması da mümkündür.