Dünya futbolu
Salah millinin bir neçə oyununu buraxacaq
Misir milli komandasının kapitanı Məhəmməd Salahın zədə səbəbindən buraxacağı oyunların sayı məlum olub.
Futbolinfo.az Misir Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Afrika Millətlər Kubokunun qrup mərhələsinin Qana millisinə qarşı oyununda zədələnərək matçı tərk etmiş hücumçuya əzələ dartılması diaqnozu qoyulub.
Salah qrup mərhələsinin yekun oyununu buraxacaq. Həmçinin, Misir millisi 1/8 finala çıxarsa, “qırmızılar”ın hücumçusu bu matçı da buraxmalı olacaq.
Salah hazırkı Afrika Millətlər Kubokunda bir qol vurub və bir məhsuldar ötürmə edib. İngiltərə “Liverpul”unda çıxış edən hücumçu bu mövsüm komandasının heyətində bütün turnirlərdə 27 oyun keçirib, 18 qol vurub və 9 məhsuldar ötürmə verib.
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 11:04
Yarımfinal mərhələsi başladı
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi