Bizi izləyin

Premyer-liqa

“Saman çöpü”ndən yapışarkən…

blank

Daha Roberto Bordin yoxdu, amma yenə bərbad “Neftçi” var. Bu gün komanda “Sumqayıt” qarşısında bəlkə də mövsümün ən zəif oyununu sərgilədu. Düzdü, Voislav Stankoviçin qırmızı vərəqə almasının da bunda rolu oldu. Amma hətta bunadək də qonaqlar daha yaxşı təsir bağışlayırdı.

Premyer Liqanın ikinci yarısı turnir cədvəlində yerdəyişmə ilə başladı. “Zirə” “Sabah”la ev oyununda qazandığı qələbə sayəsində 4-cü pilləyə yüksəldi. Qışda xeyli yeni transfer edən, onlardan 5-ni bu gün meydana buraxan “qartallar”ın baş məşqçisi Zaur Həşimov seçimində yanılmadığını göstərdi. Döyüşkən komanda yaratmış gənc çalışdırıcı istədiyini ala bildi.

Hər hissədə bir qol vuran meydan sahibləri ilk yarıda bir qədər əziyyət çəkdi. Elə fasilədən sonra da “Sabah” meydanda üstün görünürdü. Gəl ki, daha səliqəli oynayan və fürsətləri dəyərləndirən “Zirə” istəyinə çatdı. Komandada debüt matçına çıxan gənc Rauf Hüseynli Həşimovun limitlə bağlı narahatlığına imkan verməyəcək. Ən azı bugünkü çıxışı belə deməyə imkan verir. Ali Sisey də müdafiədəki inamlı oyunu ilə alqış qazandı.

“Sabah” avrokubok zonasından xeyli uzaq düşdü. Əsas rəqiblərindən biri ilə dueldə məğlubiyyət vəziyyəti qəlizləşdirdi. Paytaxt klubu xeyli yeni transfer edib, heyət əhəmiyyətli şəkildə güclənib, lakin nəticələr məyus edir. Jelko Sopiç xüsusilə qol vəziyyətlərindən istifadədəki problemə çarə qıla bilmir. Bəlkə də zamanla komandanın oyunu düzələcək, futbolçular bir-birinə uyğunlaşdıqdan sonra fərqli “Sabah” görəcəyik, amma zaman gedir, xal fərqi artır, mövsüm sona yaxınlaşır.

Turun ikinci matçı “Sumqayıt”ın 4-cü pilləni itirməsi ilə nəticələnsə də, qonaqlar bir xalı qənimət saymalıdı. İkinci yerdəki “Neftçi”yə uduzmamaq Ayxan Abbasovun yetirmələrinin aktivinə yazılmalıdı. Müdafiə xəttindəki itkilərə, eləcə də əsas oyunçulardan Vüqar Mustafayevin yoxluğuna rəğmən, qazanılan xal çox qiymətlidi. Növbəti turda “Zirə”ylə ev oyununun əhəmiyyəti indi daha da artmış oldu.

“Neftçi” oyuna yaxşı başladı. Qonaqların həyəcanı, ardıcıl səhvlər bakılıların asan qələbəsinə ümid verirdi. Lakin 10-12 dəqiqəlik təzyiqdən çıxan “Sumqayıt” özünü ev sahibi kimi aparmağa başladı. Bir neçə təhlükəli hücum fayda verməsə də, fasilə ərəfəsində vəziyyət dəyişdi. Camaləddin Xocaniyazovun diaqonal ötürməsindən sonra Mehdi Şərifi irəli atıldı, Stankoviç onu yalnız kobudluqla dayandıra bildi. Qırmızı vərəqə azmış kimi, təyin olunan cərimə zərbəsindən sonra “Sumqayıt” hesabı da açdı.

Fasilədən sonra oynayan və qol vuran komandalar fərqli idi. Boş qapıya fərqlənə bilməyən, dirəyin möhkəmliyini “yoxlayan” “Sumqayıt” böyük hesabla qalib gəlməli olduğu matçda özü top buraxdı. Oyuna sonradan daxil olan Baqali Dabo oyundankənar vəziyyətdən fərqlənsə də, qol hesaba alındı. Amma xal itkisinə görə qonaqlar hakimlərdən çox özünü qınamalıdı. Çünki saysız-hesabsız qol vəziyyətlərini boşa verməyin cəzası elə bu olmalıydı.

“Neftçi”də böyük məyusluq var. Fasilədən sonrakı ilk tur olduğundan bəlkə də komandaların durumuna qiymət vermək üçün tezdi. Üstəlik, “ağ-qaralar” bir hissəni azlıqda keçirdi. Amma bugünkü matç bakılıların çempionata hazır olmadığını göstərdi. Komandada sanki inamsızlıq, xaos var. Məşqçilərlə oyunçular arasında ünsiyyət qaydasında deyil, Füzuli Məmmədovun belə iddialı komandaya layiq sükançı olmamasını hamı başa düşür.

Oyunun sonlarında futbolçuların bir-birinin üstünə qışqırması intizamsızlığın nümunəsi idi. Bu azmış kimi onlar məşqçinin canfəşanlığına baxmayaraq, azarkeşlərlə sağollaşmağa da yollanmadı. Kapitan Emin Mahmudov Məmmədovun israrına baxmayaraq, paltardəyişmə otağına yollanarkən məşqçinin gücü “özün bilərsən” deməyə çatdı. Dabo da eyni hərəkəti etdi.

Bəli, Bordin “Neftçi”dən göndərilməsi üçün hər şey etmişdi. Xüsusilə kubokda “Sumqayıt”a məğlubiyətdən sonra başqa yol yox idi. Lakin onu əvəz edən sabiq köməkçisi də eyni komandanı – bu dəfə çempionatda – yenə bilmədi. Bəlkə də yeni məşqçi gətirmək üçün maliyyə yoxdu, bununla belə, Bakı klubunun Füzulinin çiyinlərinə ağır gələcəyi indidən bəllidi. Məmmədov nə o xarizmaya, nə bacarığa malik birisi deyil.

Oyundan sonrakı mənzərə qəribə idi. “Neftçi” ev matçında xal itirdiyinə görə təəssüflənməli olduğu halda, sumqayıtlılar daha pərişan görünürdü. 10 nəfərlə qalan rəqibin əldən çıxmasına görə göz yaşı axıdanlar da var idi.

Stankoviç qırmızı vərəqəyə görə növbəti turda “Qarabağ”la vacib matçı da buraxacaq. Bu itki “Neftçi” üçün daha qorxuducudu. Bəlkə də rəhbərlik indi Kiril Petrovun göndərilməsinə görə məyusdu. Büdcə çatışmazlığı başadüşüləndi. Klub yalnız Saman Nərimancahanı transfer edib ki, onu da böyük qazanc saya bilmərik. Yeni oyunçular almaq üçün maliyyə ayrılmadığından bakılılar “saman çöpü”ndən asılı qaldı. İranlı yarımmüdafiəçinin isə komandanı gücləndirdiyini deyə bilməyəcəyik. Amma o da var ki, yenilməsi mümkün olmayan rəqib ümumiyyətlə, transfer etməyən “Sumqayıt” idi. Bu səbəbdən Samanla kifayətlənmək də bəhanə olmamalıdı.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-22 09:09

“Yurqorden”in idman direktoru: “Qurbanlı ayrılmaq istədiyini bizə deməyib”

blank
Ölkə futbolu2024-04-22 08:51

Şeydayevdən narazılıq var: “Zərbələri bu liqada oynayan bir futbolçuya yaraşmır”

blank
Ölkə futbolu2024-04-22 08:34

Musa “Yurqorden” dəftərini bağladı

blank
Ölkə futbolu2024-04-22 08:17

“Qarabağ”ın növbəti potensial rəqibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-22 08:00

İddialıların “autsayder ovu”

blank
Dünya futbolu2024-04-22 01:53

PSJ və “Monako”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-22 01:35

“Real”dan “Barselona” üzərində əzmkar qələbə

blank
Dünya futbolu2024-04-22 01:21

“Fiorentina” və “Atalanta” səfər qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 00:08

“Bayer” “Borussiya”ya da uduzmadı

blank
Dünya futbolu2024-04-21 23:53

“Liverpul”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-21 23:37

Finalda Mançester derbisi olacaq

blank
Dünya futbolu2024-04-21 23:24

Rahil Məmmədovun komandası “Lex”ə uduzdu

blank
Dünya futbolu2024-04-21 23:16

Renatlı “Hatayspor” uduzdu, “Qalatasaray” qalib gəldi

blank
Premyer-liqa2024-04-21 22:41

“Oyun planında komandaya etirazım yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-21 22:24

“Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-21 21:59

“Araz-Naxçıvan” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Əvəzedicilər2024-04-21 21:25

“Qarabağ-2” məğlubiyyətə üzüldü

blank
Premyer-liqa2024-04-21 20:55

“Səbail” “Araz-Naxçıvan”a qalib gəldi

blank
Premyer-liqa2024-04-21 20:21

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-21 20:00

Büdrəyən olmadı, bir oyun baş tutmadı

blank
Premyer-liqa2024-04-21 19:38

“İkinci hissədən məmnun deyiləm” – Renduliç

blank
Premyer-liqa2024-04-21 19:19

“Gələn oyunlara köklənməliyik” – Adil Şükürov

blank
Digər idman növləri2024-04-21 18:58

Azərbaycanın gimnastika millisi Praqada gümüş medal qazandı

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm