Ölkə futbolu
“Şamaxı” Ramiz Mirzəyevin kadrına tapşırılır
“Şamaxı”da buzlar əriyir, komanda yeni mövsümün hazırlığına başlayır. İyulun ilk günlərində bölgə klubunun rəhbərliyinin təqimatı planlaşdırılır. Eyni zamanda baş məşqçi Cavid Hüseynovun təyinatı da rəsmiləşməlidi.
“Şamaxı”nın yerli İcra Hakimiyyəti tərəfindən idarə olunacağı dəqiqdi. Maliyyəni AFFA xətti ilə dövlət ayıracaq, klubun idarəetməsi isə rayon rəhbərliyi tərəfindən həyat keçiriləcək.
Artıq Müşahidə Şurasının sədri vəzifəsində kimin əyləşəcəyi bəllidi. İcra başçısının müavini Hikmət Şikarov adının klubda hansısa vəzifədə göstərilməsini lazım bilməyib, kluba kənardan nəzarət etməyi öhdəsinə götürüb. Zaur Axundovu boş qoyduğu posta isə Elçin Usub əyləşəcək.
Elçin bəy futbola yad biri deyil. Düzdü, bu sahənin mütəxəssisi deyil, amma müxtəlif vəzifələrdə çalışıb. O, Vəkillər Kollegiyasının üzvü olmaqla yanaşı, futzal üzrə ölkə çempionatının ikinci liqasında çıxış edən “Advokat”ın rəhbəridir.
Elçin Usub AFFA-nın mərhum prezidentlərindən Ramiz Mirzəyevin kadrı sayılır. Məhz həmyerlisinin vaxtında AFFA-nın Lisenziyalaşdırma Komissiyasında fəaliyyət göstərən bu şəxs Rövnəq Abdullayev – Elxan Məmmədov cütlüyünün gəlişi ilə kölgəyə çəkilmişdi. Lakin onun futbolda böyük iddiaları var. Futzal çempionatında başını qatıb zamanını gözləməsi də bununla bağlıdı. Deyəsən, həmin zaman məhz indi gəlib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…