Ölkə futbolu
“Şamaxı”nın rəqibləri bəlli oldu
Premyer Liqanın 18-ci turunda “Neftçi” ilə oyundan sonra istirahətə buraxılan “Şamaxı” yanvarın 3-də Bakıda bir araya gələcək.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-də Antalyaya yollanacaq və 11 gün orada məskunlaşacaq.
Bu müddətdə komanda 3 yoxlama oyunu keçirəcək. “Şamaxı” yanvarın 11-də Qazaxıstanın “Kaysar” və Rumıniyanın “Botaşani” klublarıyla qarşılaşacaq.
Komanda son oyununu yanvarın 18-də Serbiyanın “Napredak” klubuna qarşı keçirəcək.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq