Ölkə futbolu
“Şansımdan istifadə etməyə çalışdım” – “Zirə”nin hücumçusu
Futbol üzrə Gürcüstan millisinin hücumçusu Davit Volkov Özbəkistana 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunu haqda danışıb.
Futbolinfo.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, komandasının qələbə qolunun müəllifi olan və yığmada qol hesabını açan “Zirə”nin futbolçusu bunları deyib:
“Hər kəsi qələbə münasibətiylə təbrik edirəm. Təbii ki, milliyə çağırılanda çox sevindim və şansımdan istifadə etməyə çalışdım. Özbəkistanla matçda start heyətində yer aldığım üçün də çox sevindim. Komandam mənim qolumla qalib gəldiyi üçün şadam. Komandamıza uğurlar arzulayıram. Şadam ki, ili qələbə ilə başa vurduq”.
26 yaşlı futbolçu hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardirdir.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq