Milli komanda
Şavlo Azərbaycanı Çerçesov üçün xaric saymır
Moskva “Spartak”ının sabiq baş direktoru Sergey Şavlo rusiyalı mütəxəssis Stanislav Çerçesovun Azərbaycan millisinin baş məşqçisi postuna təyin oluna biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, o, Azərbaycanı 60 yaşlı çalışdırıcı üçün yad ölkə hesab etmir: “Çerçesovun xaricdə işləmək təcrübəsi var. Azərbaycan millisini xarici saymaq da olmaz. Əvvəllər Sovet İttifaqının bir hissəsi olub, Stanislav orada oynayıb. Milli səviyyəsində məşqçilik Çerçesov üçün yaxşı seçim olar. O, klubları və Rusiya millisini də çalışdırıb. Bu baxımdan uğuru var”.
Qeyd edək ki, Stanislav Çerçesov Azərbaycan yığmasının baş məşqçi postuna üç namizəddən biri sayılır.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…