Ölkə futbolu
Sekidika: “Diqqətimizi cədvələ yönəltmirik”
“Erkən qol buraxsaq da, yaxşı oyun oldu. Sona qədər mübarizə apardıq və ən vacib olan qələbə qazandıq”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Sabah”ın yarımmüdafiəçisi Cesse Sekidika deyib.
Nigeriyalı futbolçu Misli Premyer Liqasının 23-cü turunda “Kəpəz”ə 3:2 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Diqqətimizi cədvələ yönəltmirik. Biz oynadığımız hər oyunda qalib gəlmək üçün çox çalışırıq. Mövsümün sonu gələndə hər şeyi görəcəyik. Hər matç çox vacibdir. Bizə lazım olan qələbələrdir. Hər oyuna çox ciddi yanaşıb xallar qazanmalıyıq”.