Ölkə futbolu
Şeydayevdən Mbodja cavab
“Sabah”ın hücumçusu Ramil Şeydayev Azərbaycan Premyer Liqasının 24-cü turunda “Neftçi” ilə oyundan (2:2) sonra rəqib komandanın futbolçusu Mamadu Mbodjun narazılığına cavab verib.
Futbolinfo.az xəbər verir ki, Şeydayev “İnstaqram”da seneqallı futbolçudan “Sabah”a qapısına təyin olunan iki penaltidən birincisi ilə bağlı epizod paylaşaraq bu barədə soruşub. Hakim bunun üçün penalti təyin etdi” yazan forvard qayda pozuntusunun cərimə meydançası xaricində baş verdiyini göstərib.
Qeyd edək ki, Mbodj daha əvvəl komanda yoldaşı Keysuke Hondanın 66-cı dəqiqədə vurduğu qolun qeydə alınmamasına reaksiya verərək yazıb: “Burada ofsayd var?”