Dünya futbolu
Simeone Araqonesin rekorduna şərik oldu
“Atletiko” İspaniya La Liqasının 31-ci turunda “Levante”ni məğlub edib – 1:0.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
Belə ki, Simeone “Atletiko”yla La Liqada 194-cü qələbəsini qazanıb. Argentinalı mütəxəssis bu göstəricidə komandanın keçmiş çalışdırıcısı Luis Araqonesə çatıb. Araqones “Atletiko”yla La Liqada 194 qələbə qazanaraq, klub tarixinin rekordçusu idi.
“Atletiko” növbəti turda “Alaves”i məğlub edəcəyi halda, Simeone Madrid klubunun tarixində La Liqada ən çox qələbə qazanan baş məşqçi ünvanını əldə edəcək.
Araqones, 1975-1980, 1986-1988, 1991-1992 və 2001-2003-cü illərdə “Atletiko”nu çalışdırıb. Mərhum ispan mütəxəssis 2014-cü ildə vəfat edib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq