Digər idman növləri
Sinner Cokoviçin keçənilki nailiyyətini təkrarladı
Yannik Sinner İndian-Velsdə keçirilən turnirdə növbəti qələbəsini qazanıb. Bu dəfə o, Amerika Birləşmiş Ştatlarından olan Ben Şeltona qalib gəlib.
Beləliklə də, italiyalı tennisçi bu ilin əvvəlindən başlayaraq bütün oyunlarda qələbə qazanıb. Onun seriyası 15 oyuna bərabərdir. Sinner keçən il Novak Cokoviçin əldə etdiyi uğuru təkrarlayıb.
Növbəti mərhələdə Sinnerin rəqibi çexiyalı İrji Legeçka olacaq. O, 1/8 finalda Stefanos Tsitsipası məğlub edib.
İndian-Vels turnirinin mükafat fondu 9 milyon ABŞ dollarıdır. Keçən il yarışların qalibi finalda Daniil Medvedevə qalib gələn Karlos Alkaras olub.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə