Ölkə futbolu
Sivas valisi “Qarabağ”ı ziyarət etdi
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Türkiyədə “Sivasspor”la qarşılaşacaq “Qarabağ” oyundan öncə xoş sürprizlə qarşılaşıb.
Futbolinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sivas valisi Salih Ayhan və digər rəsmilər komandanın qaldığı otelə gəlib.
Qonaqları “Qarabağ”ın direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər rəsmilər qarşılayıblar.
Onlara xatirə olaraq “Qarabağ” forması hədiyyə olunub. Salih Ayhan komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və “Qarabağ”ı Sivasda görməkdən qürur duyduğunu bildirib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…