Ölkə futbolu
“Sona qədər mübarizə aparacağıq”
“Neftçi”yə qarşı yaxşı çıxış etdik. İki dəfə fərqlənsək də, qollarımızı saymadılar”. Bunu futbolinfo.az-a açıqlamasında “Zirə”nin yarımmüdafiəçisi İlkin Muradov deyib.
O, Misli Premyer Liqasının 23-cü turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyundan danışıb: “Amma biz məyus olmuruq, sona qədər mübarizə aparacağıq. Oyunlarda qol epizodlarımız çox olur, hətta bir neçə dəfə də fərqlənmişik, amma nəyə görəsə hesaba almırlar”.
Muradov qarşıdakı oyuna kökləndiklərini bildirib: “Möhkəm kollektivimiz var. “Araz-Naxçıvan”la növbəti görüşdə qalib gəlib uğurlu qrafik yaxalamağa çalışacağıq. Bundan başqa kubokda da şanslarımız var. Orada da uğur qazanmaq istəyirik”.