Bizi izləyin

Dünya futbolu

Startda müəllim – tələbə dueli

blank
blank

Bu gün İngiltərə Premyer Liqasında növbəti mövsümə start verilir. Dünyanın ən güclü liqası ilə digərləri arasındakı məsafə qapanmasa da, bu yay fərq böyüməyib. Bunu yay transferlərinə baxdıqda söyləmək olar.

Hazırda transfer bazarında ingilis klublarına güclü rəqib peyda olub. Səudiyyə Ərəbistanı bazar qiymətlərində ciddi dəyişikliklərə səbəb olub.

Çempionatın favoritləri eyni olaraq qalır. Güclü komandaların sayı artdığından ilk dördlüyə düşmək uğrunda gərgin mübarizə olacaq.

“Mançester Siti”

Son çempion yenə favoritdir. Komandanın heyətində dəyişikliklər edilib. Bunun da səbəbi komandaya yeni nəfəs gətirməkdir. Yenilənmə olmayanda motivasiya da azalır. Bu səbəbdən də Qvardiola çox ağıllı addım atır.

Gedən futbolçular arasında İlkay Gündoğanın yeri görünə bilər. Qalanlarına əvəz rahat şəkildə tapılacaq. Siyahıya Silva, Uolker, Kanselo, Laport və Alvares də əlavə edilə bilər. Daha bir ciddi dəyişiklik məşqçilər korpusunda olub. Pepin ən sevimli həmsöhbətlərindən biri Lilyo yenidən komandaya qayıdıb.

Gedənlər: Trafford, B.Mendi, Mahrez (Əl Əhli), Gündoğan (Barselona), Borxes (Ayaks).

Gələnlər: Quardiol (Leypsiq), Kovaçiç (Çelsi)

“Arsenal”

Keçən il başından da yuxarı tullanan “Arsenal”ın bu il işi asan olmayacaq. Çempion olmaq üçün ötən mövsüm gözəl şans var idi. Arteta bundan istifadə edə bilmədi. Bu il “Arsenal”a yanaşma da fərqli olacaq. Bundan başqa komanda Çempionlar Liqasında çıxış edəcək. Bu baxımdan londonluların çempionatda keçənilki nəticəni göstərə biləcəkləri inandırıcı görünmür. Klub rəhbərliyi transfer bazarında yenə fəal olub. Arteta rəhbərliikdən transferlərə çox pul tələb edən məşqçilərdəndir. Bu yay da o, ənənəsindən əl çəkməyib. Gedə biləcək futbolçuların siyahısında Parti, Pepe və Baloqanın adları çəkilir.

Gedənlər: Terner (Nottingem Forest), Caka (Bayer) , Meytlend-Nayls, Mari (Montsa)

Gələnlər: Timber (Ayaks), Haverts (Çelsi), Rays (Vest Hem)

“Mançester Yunayted”

Gəlişindən sonra yavaş-yavaş oyun üslubunu dəyişən Ten Haaq tam istədiyi vəziyyətdədir. Onananın gəlişindən sonra niderlandlı mütəxəssis artıq heç nədən gileylənməməlidir. Hücum xəttinə də Veqorstun icarəsindən sonra istedadlı Heylund alınıb. Adaptasiya dövrü uğurlu alınsa, danimarkalı komandaya çox yardım edəcək. Ancaq uzun marafon üçün daha bir hücumçunun alınması fayda verə bilər.

Gedənlər: De Xea, Telles (Əl Nəsr), İkbal (Utrext), Çonq (Luton), Elanqa (Nottingem Forest)

Gələnlər: Onana (İnter), Maunt (Çelsi), Heylund (Atalanta)

“Nyukasl”

Səudiyyə Ərəbistanı klubu transfer bazarında elə də aktiv deyil. Bunu ilk növbədə ərəblərin öz çempionatlarına diqqəti ilə izah etmək olar. Eddi Xau keçən mövsüm nisbətən kasad heyətlə çempionatda 4-cü ola bildi. Məqsəd eyni işi bu il də görməkdir. Ancaq ilk dördlükdən kənarda qalan “Liverpul”, “Çelsi” və “Tottenhem” yaddan çıxmamalıdır. Bu səbəbdən də “sağsağan”ların işi asan olmayacaq.

Gedənlər: Darlou(Lids), Vud (Nottingem Forest), Sen-Maksimen (Əl Əhli)

Gələnlər: Livramento (Sauthempton), Tonali (Milan), Barns (Lester)

“Liverpul”

Keçən il 5-ci olan Liverpulda əsas məqsəd yenidən nəhənglərin arasına dönməkdir. Yurgen Klopp çətin sınaq qarşısındadır. Heyət yüksək nəticələr qazanmağa imkan versə də , baş məqşçinin özü motivasiya tapmaqda çətinlik çəkə bilər. Bu səbəbdən də “Liverpul”un hansı vəziyyətdə olacağı sual altındadır. Komanda böyük fərqlə çempion da ola, keçən mövsümdəki kimi ilk 4-lükdən kənarda da qala bilər.

Əsas transfer istiqaməti Ərəbistana olub. Komandanın bir neçə futbolçusu cənuba yollanıb. Gələnlərin adları gedənlərlə müqayisədə zəif görünür. Amma pəncərənin bitiminə qədər səs-küylü transfer olmalıdır. “Liverpul” “Brayton”dan Kaysedo ilə maraqlanır. Gəzən şayiələrə görə klub qarşı tərəfə istədiyini ödəməyə hazırdır.

Gedənlər: Henderson (Əl İttifaq), Fabinyo (Əl İttihad), Firminyo (Əl Əhli),  Oksleyd-Çemberlen, Keyta (Verder), Milner (Brayton)

Gələnlər: Soboslai (Leypsiq), Makalister (Brayton)

“Brayton”

Ötən ilin sensasiyalarından biri yeni mövsümə itkilərlə daxil olur. De Zerbinin qarşısında yeni komanda qurmaq vəzifəsi var. Keçən mövsümdəki uğurlar nəhəng klubların heyətə hücum çəkməsi ilə nəticələnib. “Brayton” bundan narahat deyil. Klub yayda yaxşı pul qazanıb və görünən odur ki, qazanmaqda davam edəcək.

Gedənlər: Sançes (Çelsi) , Makkalister (Liverpul), Riçards (QPR)

Gələnlər: Verbryuggen (Anderlext), İqor (Fiorentina), Pedro (Uotford)

“Aston Villa”

Diqqət ediləcək komandalardan biri “Aston Villa”dır. Birmingem təmsilçisi ötən mövsümün ikinci yarısını çox güclü keçirdi. Əsas sual həmin sürəti yeni mövsümdə nümayiş etdirə bilməsidir. Əgər uğurlu gediş davam edərsə, “Aston Villa” da ilk dördlüyə əsas namizədlərdən biri olacaq. İspaniyalı Unay Emerinin də məqsədi elə Çempionlar Liqasına vəsiqə qazanmaqdır.

Gedənlər: Nakamba (Luton)

Gələnlər: Tilemans, Pau Torres (Vilyareal), Diabi (Bayer)

“Tottenhem”

London klubu “qara qutudur”. Komandaya Angelos Postekoğlu gətirilib. Yeni baş məşqçinin Premyer Liqa təcrübəsi çox deyil. Heyətdə köklü dəyişikliklər var. Buna görə də London təmsilçisinə müəyyən vaxt lazım olacaq. Yazı hazırlanarkən ən böyük gediş də baş tutmaq üzrə idi. Bəzi məlumatlara görə, Harri Keyn “Bayern” ilə müqavilə imzalamaq üçün artıq Münhendədir.

Gedənlər: Vinks (Lester), Lukas Moura

Gələnlər: Vikario (Empoli), Van de Ven (Volfsburq), Meddison (Lester), Velis (Rosario Sentral)

“Çelsi”

Diqqət ediləsi digər komanda “Çelsi”dir. Londonlular yeni mövsümə yeni ümidlərlə başlayır. Yeni rəhbərliyin gəlişindən sonra qışda transferlərə külli miqdarda pul xərcləyən klub yayda heyətdəki “artıqları” yerbyəyer etməklə məşğuldur. Bu səbəbdən də gedənlərin sayı çoxdur. Ancaq bu, azarkeşləri çaşdırmamalıdır. “Çelsi”nin kifayət qədər zəngin və bahalı heyəti var. Maurisio Poçettino da bu materialdan nə düzəltmək lazım olduğunu gözəl bilir.

Gedənlər: Mendi (Əl Əhli), Kulibali (Əl Hilal), Aspilikueta  (Atletiko), Ampadu (Lids), Bakayoko, Maunt (Mançester Yunayted), Xaverts (Arsenal), Kovaçiç (Mançester Siti), Kante (Əl İttihad), Loftus Çik (Milan), Pulişiç (Milan), Obameyanq (Olimpik Marsel)

Gələnlər: Sançes (Brayton), Disasi (Monako), Uqoçukvu (Renn), Nkunku (Leypsiq), Cekson (Vilyarreal)

blank

Digərləri

Əsas komandaları sadaladıqdan sonra digərlərinə ümumi nəzər yetirək. Ən çox itirənlərdən biri “Vest Hem”dir . Komandanın beyni Rays “Arsenal”a yollanıb. Keçən il Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Everton”un işi bu il daha asan olmalıdır. Bunun da səbəbi gələn yeni komandaların o qədər də güclü olmamasıdır. “Luton”, “Şeffild Yunayted” və “Börnli”nin əsas vəzifəsi yerini qorumaq olacaq. Onlar arasında “Börnli” ən çox diqqətə layiq komandadır. Komandanı Vensan Kompani çalışdırır. Elə ilk turda onu müəllimi Qvardiola ilə sınaq gözləyir.

“Nottingem Forest” bu transfer pəncərəsi zamanı da alış-verişlə məşğul oldu. Görünən odur ki, klub aqı-satqısız qala bilmir. Digər maraqlı məqam çempionatın başlamasına bir neçə gün qalmış Lopateginin “Vulverhempton”dan getməsidir. Keçmiş qapıçı və İspaniya millisinin baş məqşçisi inciyib getməyi çox xoşladığını bir daha sübut etdi.

Əlavə edək ki, İngiltərə Premyer Liqasının ölkəmizdə eksklüziv yayım hüququ “İdman TV”-yə məxsusdur.

İLQAR AĞAYEV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Digər idman növləri2024-05-03 17:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər

blank
Digər idman növləri2024-05-03 17:31

Qazaxıstan qran-prisi bu dəfə selə görə təxirə salındı

blank
Digər idman növləri2024-05-03 17:17

“Prezident Kuboku”nda üçüncü günün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-03 17:00

Azərbaycan “Prezident Kuboku”nu doqquz medalla başa vurdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm