Dünya futbolu
Sterlinq də satılır
Yayda heyətində ixtisar etməyə məcbur olan “Çelsi” satmağa hazırlaşdığı futbolçuları müəyyənləşdirir. Qışda edilən 8 transferdən sonra bəzi oyunçuları yola salmağa məcbur olan “zadəəganlar” əsasən ümidi doğrultmayanları siyahıya salıb.
Futbolinfo.az “MailSport”a istinadən xəbər verir ki, vida ediləcəyi gözlənilən oyunçulardan biri Rahim Sterlinqdir. Ötən yay “Mançester Siti”dən 56,2 milyon funt-sterlinqə alınan Yamayka əsilli futbolçu zədələr üzündən komandaya çox kömək etməyib. “Çelsi” bu üzdən 2027-ci ilə kimi müqavilə bağladığı 28 yaşlı cinah oyunçusunu satmaq istəyir.
Artıq indidən Sterlinqin müştərisi bəllidir. Əvvəllər “Liverpul”da da oynamış futbolçunu bu dəfə digər İngiltərə nəhəngi – “Arsenal” heyətində görmək istəyir. Mikel Artetanın sevimli oyunçularından olan Rahimin Londonda məkan dəyişməsi real görünür.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq