Dünya futbolu
Suareslə Messi fərqləndi, komandaları mərhələ keçdi
Lionel Messinin də formasını geyindiyi “İnter Mayami” CONCACAF Çempionlar Kubokunda 1/8 finalın cavab oyununa çıxıb. Komanda “Neşvil”lə bu dəfə “Çeyz” stadionunda qarşılaşıb.
Görüş Mayami təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında ilk oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşdığından, Messi və yoldaşları mərhələ adlayıb. Cavab matçında “İnter Mayami”dən Luis Suares, Lionel Messi və Robert Teylor fərqlənib. “Neşvil”in yeganə qolunu 90+3-cü dəqiqədə Sem Surric vurub.
“İnter Mayami” 1/4 finalda “Monterrey” – “Cincinnati” cütünün qalibi ilə qarşılaşacaq (ilk görüş “Monterrey”in səfərdə 1:0 hesablı qələbəsi ilə başa çatıb).
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə