Premyer-liqa
“Sumqayıt” rekordunu yenilədi
“Sumqayıt” FK tarixi ərzində bir mövsümdə ən çox xalı toplayıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda bu nailiyyətə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 28-ci turunun “Araz-Naxçıvan”la oyununda qazandığı qələbə sayəsində çatıb.
Belə ki, cari mövsümdə xallarının sayını 42-yə çatdıran Samir Abasovun baş məşqçisi olduğu kollektiv bununla da tarixi rekorda imza atıb.
Qeyd edək ki, “Sumqayıt” FK bundan öncə ən çox xalı da məhz Samir Abasovun rəhbərliyi altında 2017/2018 mövsümünün yekununda toplamışdı – 40 xal. Sözügedən mövsümdə Azərbaycan Premyer Liqasında 8 komanda mübarizə aparırdı və ümumilikdə 28 tur oynanılmışdı.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…