Ölkə futbolu
“Sumqayıt”da maliyyə böhranı: Rəfiyev hesabat verə bilmir
Riad Rəfiyevin baş dərddədir. “Sumqayıt” artıq ikinci aydır ki, dövlət tərəfində alınan maliyyəni ala bilmir.
Futbolinfo.az xəbər verir ki, bunun səbəbi klubun maliyyə hesabatlarını doğru təqdim edə bilməməsidir. Sənədlərdə nəqliyyat xərclərinə görə həddindən artıq çox vəsaitin nağdlaşdırılması qüsur sayılıb və kluba olan ödənişlər dayandırılıb.
“Sumqayıt”ın menecer-prezidenti problemi həll edə bilmir. Müxtəlif vasitələrlə problemin həllinə çalışan Rəfiyevin postundan uzaqlaşdırılması da mümkündür.