Premyer-liqa
“Sumqayıt”da yeni futbolçu
“Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda son olaraq Banqadeşin “Şeyx Rassel” klubunda çıxış etmiş Riçard Qadze ilə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
28 yaşlı qanalı hücumçu “43” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Azərbaycanda daha öncə “Zirə”də (2017-2018; 2019-2020) çıxış etmiş Riçard Qadze karyerası ərzində Hindistanın “Delhi Dinamo”, Finlandiyanın HJK (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klublarının şərəfini qoruyub.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi