Dünya futbolu
Super Liqa klubunda yeni baş məşqçi
Türkiyənin “Rizəspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Ünal Karamanla razılığa gəlib.
Bu barədə Super Liqa klubunun prezidenti Hasan Kartal məlumat verib. O, yerli mətbuata açıqlamasında Karamanla İstanbulda görüşdüklərini, prinsipial razılığa gəldiklərini, qısa zamanda Rizədə rəsmi müqaviləyə imza atacaqlarını bildirib.
Qeyd edək ki, son iki ildə “Trabzonspor”u çalışdıran Ünal Karaman bu ilin yanvar ayında sözügedən klubdan ayrılandan bəri işsiz idi. O, “Rizəspor”da İsmail Kartalı əvəz edəcək.
“Rizəspor” Super Liqada 24 turdan sonra 24 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı