Dünya futbolu
Şvaynştayger məşqçiliyə başlamaq istəyir
Futbol üzrə Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger məşqçiliyə başlamaq istədiyini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, hazırda 35 yaşı olan keçmiş futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Nə vaxtsa mənim xoşuma gələcək maraqlı bir variant yaransa, bu barədə düşünəcəyəm. Nə etsəm də, qalib gəlmək və məqsədlərimə çatmaq istəyirəm”.
Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan və karyerasının böyük hissəsini Münhen klubunda keçirən Şvaynştayger İngiltərədə “Mançester Yunayted”, ABŞ-da “Çikaqo Fayr” komandalarının da uğurları üçün çalışıb. 2019-cu ilin oktyabr ayında isə o, peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…