Bizi izləyin

Layihə

Təhsil və idman bir arada: Uşaqları necə tərbiyə etməli?

blank
blank

Uşaqlar gələcəyimizdir. Gəlin etiraf edək ki, bu cümlə hər nə qədər həqiqəti əks etdirsə də, bir ibarə olaraq artıq şablonlaşıb. Çünki tam olaraq məna yükünü çılpaqlığı ilə ortalığa çıxarmır.

Sual olunur: gələcək nə ilə gələcək? Hər bir uşaq fizioloji olaraq gələcək vəd etsə də, mahiyyət etibarı ilə işıqlı gələcəyin təminatçısı demək deyil.  Deməli, övladlarımızın gələcəkdə özünə və eyni zamanda cəmiyyətə faydasını artırmaq üçün müəyyən addımlar atmaq lazımdır. Yalnız bunu edəcəyimiz təqdirdə uşaqların işıqlı gələcəyindən danışmaq olar. Belə olan halda, bu ifadəni bir qədər redaktə etməyə haqqımız çatar. Əsl ifadə belə olmalıdır: uşaqlar bizim kapitalımızdır. Onların gələcəyinə yatırım etmək üçün isə doğru istiqamət götürmək lazımdır.

Bəs, bu kapitalı necə formalaşdırmaq və nə ilə zənginləşdirmək lazımdır? Əlbəttə ki, bu kapitalın dəyər vahidi təhsildir. Amma təhsil özü də mücərrəd məna daşıyır. Elm və iş nöqteyi-nəzərindən məktəb, universitet və akademiya əsas istiqamət mənbəyidir. Amma tək elm də insanı tam olaraq formalaşdıra bilmir. Elə sahələr var ki, insanın mənəvi və fiziki təkamülünə müsbət mənada birbaşa təsir göstərir.

Söhbət incəsənət və idmandan gedir. Bunlar elə bir sahələrdir ki, hansı elmin ardınca düşməyindən asılı olmayaraq, bu yolda sənə maneə olmur. İncəsənət tam fərqli sahə olduğundan onun uşaqlara faydasından danışmağa ehtiyac duymuruq. Məqsədimiz idmanın uşaqlara verəcəyi faydadan danışmaqdır.

blank

Elm hər nə qədər zehni tərbiyənin formalaşmasında böyük rol oynayırsa, idman da fiziki tərbiyə üçün əsl cövhərdir.  Hədər yerə idmana həm də “bədən tərbiyəsi” demirlər. Bəs, övladlarımızın gələcəyinə işıq salmaq, daha doğrusu, onları fiziki cəhətdən güclü etmək üçün hansı idman növü ilə tanış etməliyik? Burada “tanışlıq” deyəndə ona həmin idman növünü sevdirməkdən söhbət gedir. Sevdirmək isə onunla məşğul olmaq anlamına gəlir.

Təbii ki, sevdirmək süni şəkildə olmamalıdır. Hər nə qədər uşaqlar təsir altına düşməyə meylli olsa da, onları nəyəsə məcbur etmək doğru deyil. Uşaq özü valideynlərin təsiri olmadan idman növlərindən birinə maraq sala bilər. Amma yenə yorğana görə ayaq uzatmaq lazımdır. Uşağın potensialını əvvəlcə süzgəcdən keçirmək lazımdır. Biz və ya uşaq hər nə qədər hansısa növə meylli olsaq da, hər şey istəklə düzəlmir. Bu mənada istedad da şərtdir.

Məsələn, hər bir futbol həvəskarı özü də bu idman növü ilə məşğul olmaq istəyər. Futbolçulara baxıb onların yerində hansımız olmaq istəmirik ki? Amma bu oyunun yükünü daşımaq üçün istedadımız yoxdursa, quyuya suyu tökməklə onu doldura bilmərik. Bu, məsələnin karyera tərəfidir. Lakin bu o demək deyil ki, yaxşı karyera qura bilməyəcəksənsə, həmin idman növü ilə məşğul olmaq mənasızdır. Əsla!

Biz idmandan danışırıqsa, istedadı nəzərə almaq şərtdir. Amma bədən tərbiyəsi bir qədər fərqli anlayışdır. Ola bilər ki, övladımızın iqtisadçı olmasını istəyirik. Uşaqda da bu elmə maraq hiss edirik. Ona təbii ki, ən lazımlı elm riyaziyyatdır. Riyaziyyatdan danışırıqsa, bu elm mühəndis olmaq istəyənlərə də gərəklidir. Belə olan halda, uşağın məntiqini genişləndirmək və zehnini açmaq üçün onu şahmat dərnəyinə yazdırmaq lazımdır. Şərt deyil ki, övladımız gələcəkdə parlaq şahmatçı, yəni bu idman növünün öz dili ilə desək, qrossmeyster olsun. Amma o universitetə daxil olana qədər heç olmasa, şahmatın faydasından yararlansın. Şahmatın riyaziyyata nə qədər bağlı olduğunu isbat etməyə ehtiyac yoxdur.

Övladımızın boyla bağlı probleminin olduğunu görə bilərik. Bunun üçün ən ideal variant onu basketbola yazdırmaqdır. Təbii ki, hər basketbola gedənin boyu da sözün yaxşı mənasında ağac kimi uzanmır. Amma heç getməyib boyunun uzanmasına ümid edənlərlə müqayisədə övladını basketbol klublarına təhvil verənlər bir neçə addım önə çıxır.

Basketbol təkcə boyun uzanmasına da xidmət etmir. Bu oyun həm də idmançıdan zəka tələb edir. İncə ötürmələr, topun səbətdən qayıdarkən hara enəcəyini müəyyənləşdirmək və dəqiqliyə can atmaq üçün basketbol ən ideal idman növlərindən biridir.

Həm də digər idman növləri əzələlərin formalaşmasında qarant rolunu oynayır. Əzələdən söz düşmüşkən, insanın hərəkəti təmin edən bu struktur vahidi sağlam qalmağımız üçün ən əhəmiyyətli orqandır.  İdman növləri arasında əzələni tonusda saxlayan və onların sağlam inkişafına təminat verənlərdən  danışırıqsa, üzgüçülük və atletikanı unutmamalıyıq. Xüsusən də üzgüçülük uşaqların tam sağlam böyüməsində böyük rol oynayır. Su həyat mənbəyi olduğundan bədəni həm də xəstəliklərdən qoruyur.  Ümumiyyətlə, mütəxəssislər üzgüçülüyün faydalarından danışarkən əsasən onun sümük xəstəliklərinin müalicəsində effektiv təsir göstərdiyini, stressi aradan qaldırdığını, astma xəstəliyinə müsbət təsir göstərdiyini, diabet riskini azaltdığını və artıq yağları əritdiyini xüsusi şəkildə qabardır.

blank

Bu mənada atletika da uşaqların bədəninin sağlam şəkildə formalaşmasında böyük pay sahibidir. İstər qaçış, istər uzunluğa və ya hündürlüyə tullanma, istərsə də nəyisə uzaq məsafəyə atmaq əzələlərin formalaşmasına təkan verir.

Amma kim nə deyir desin, “idmanın ən böyük faydası nədir” sualı haqda fikirləşərkən, təkcə, sağlamlığı nəzərə almırsan. Əlbəttə, bu, əsas şərtdir. Ancaq sağlam qalmaq üçün tək bədən tərbiyəsinin ətəyindən yapışmırsan. Sağlam qalmaq üçün doğru qida rasionu və təmizlik əsas şərtlərdən biridir.

İdmanın başqa fəlsəfəsi də var. Bəli, söhbət özünümüdafiədən gedir. Həyatda sözün hər iki mənasında ayaq üstə qalmaq üçün insan özünü fiziki hücumlardan qorumalıdır.  Əlbəttə, insan yaşa dolanda, ağıllı şəkildə öz həyatını qurarkən özünü belə odun içinə atmır. Amma gənclik alovlu bir dövr olduğundan uşaqlara bu yaşda həm də özünü qorumağı aşılamaq lazımdır. Ona görə də onları boks, güləş, cüdo və ya karateyə yazdırmaq daha məqsədəuyğun olardı. Bu idman növləri təhlükəsizliyin ən böyük zəmanətçisidir.

Elə valideyn ola bilər ki, övladının gələcəkdə hərbçi olmasını istəyir. Yaxud uşağın özünün hərbə marağı yarana bilər. Bu mənada döyüş idman növləri öz yerində, onları atıcılıq dərnəyinə yazdırmaq məqsədəuyğun olardı. Təbii ki, burada güllə atıcılığı mükəmməllik üçün əsas idman növüdür. Amma kaman atıcılığı və ya qılıncoynatmanın da müsbət təsirləri ola bilər.

Övladlarımıza cəldliyi aşılamaq və ekstrim vəziyyətlərdən çıxmağı öyrətmək istəyiriksə, avtoidmana yönəltmək yerinə düşərdi. Hər şeydən əvvəl sürət adrenalin deməkdir. Heç bir idman növü avtoidman qədər insana adrenalin həyəcanı yaşatmır. Həm də avtomobil həyatımızın bir parçası olduğundan, ondan doğru istifadə etmək lazımdır. Necə də olmasa, ayağımızı yerdən götürüb bizi sözün hər iki mənasında qabağa salsa da, müəyyən mənada həm də təhlükə mənbəyidir. Ani diqqətsizlik həyatımızı təhlükəyə ata bilər. Amma biz övladlarımızı kartinqə yazdırsaq, onlar artıq digərləri ilə müqayisədə bu təhlükədən sığortalanacaq. Avtomobili doğru və təhlükəsiz idarə etmək üçün avtoidmandan ideal vasitə tapa bilməzsiniz.

Əlbəttə, elə idman növləri də var ki, onlar sağlamlıqla yanaşı həm də məşhurluq gətirən vasitələrdir. Yəni bu idman növləri ilə məşğul olarkən, istedad sənə yardımçı olacaqsa, elə bir səviyyəyə yüksələ bilərsən ki, bəzən elm də səni o səviyyə qaldırmaz. Söhbət futbol və ya tennisdən gedir. Əlbəttə, bizim ölkədə bu iki idman növünün tərəzinin eyni gözünə qoymaq olmaz.  Azərbaycanda bir qəpik də para xərcləmədən məşhur futbolçuya çevrilmək mümkündür. Təbii ki, Avropanın böyük ölkələrinin və ya Cənubi Amerika futbolçularının səviyyəsinə qalxıb onlar qədər dünyada məşhur olmaq mümkün görünmür, amma ən azı xarici klubların diqqətini cəlb edib ölkəni legioner kimi layiqli şəkildə təmsil edə bilərsən.

Tennis isə bir qədər xərc tələb edən idman növüdür. Yəni, öz karyeranın inkişafı üçün cibindən pul xərcləməsən, quru istedad səni çox da qabağa aparmayacaq.  Amma tennislə məşğul olan uşaqlar tam fərqli ruhda olur. Məsələn, heç bir idman növü tennis qədər “döyüş meydançasında” bədənini yormur. Bəzən bir tennis oyununda raketka ustaları kortda 5-6 saat mübarizə aparır.  Ola bilər ki, övladımız tennisi seçdiyinə görə məşhurlaşa bilməsin. Amma tennis ona heç olmasa, dözümlü və iradəli olmağı öyrədəcək.

Hər nə qədər cinsindən asılı olmayaraq, idman növləri ilə istənilən insan məşğul olsa da, elə növlər var ki, ora axın bir qədər fərqli olur. Məsələn, qız övladlarımızı sağlam böyütmək üçün onları gimnastikaya yazdırmaq daha məqsədəuyğundur. Həm də ki, bu elə bir idman növüdür ki, gəncliyinin çox hissəsini ona həsr etməyə ehtiyac yoxdur. Gimnastika ən qısaömürlü idman növü sayılır. Bunun özü müəyyən mənada işimizə yarayır. Ona görə də bəzi valideynlərinin qızlarının sağlam və incə böyüməsi üçün onları gimnastikaya yazdırır.

Bütün idman növlərinin adlarını çəkməyə ehtiyac yoxdur. Məsələn, kimsə voleybolu və ya həndbolu unutduğumuzu iddia edə bilər. Ancaq futbol və ya basketbolun adını çəkdiksə, oradan götürəcəyimiz faydaları bu idman növlərindən də ala bilərik. Əsas odur ki, idmanla məşğul olan övladlarımız balansı qoruya bilsin. Yəni, idman onları təhsildən ayırmamalıdır. Qədim yunanlar idmanı bilikdən ayrı tutmurdular. Ona görə də təhsil ocaqlarına gimnaziya adını verirdilər. Bəli, bu gimnastika ilə o gimnaziya eyni kökdən yaranıb. Yunanlar idmanla məşğul olub, amma savadı unudanları da əlil adlandırırdılar. İdmanla elm yanaşı addımlamalıdır. Belə olan halda insan mükəməlliyə yüksələ bilər. Kapitalınızı qoruyun və doğru yerə istiqamətləndirin!

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-16 14:14

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında qol vurdu

blank
Milli komanda2024-04-16 14:03

Millimizin Monteneqrodakı toplanışı üçün 20 oyunçu

blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Digər idman növləri2024-04-16 13:01

Makron Olimpiada üçün seçim edir

blank
Digər idman növləri2024-04-16 12:44

Sinner Madriddə oynayacağını təsdiq etdi

blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Dünya futbolu2024-04-16 11:40

Zidan Riberi ilə birlikdə qayıdır

blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm