Digər idman növləri
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatı keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq yarış dekabrın 24-də başlayacaq və 5 gün davam edəcək.
Bakı İdman Sarayında keçiriləcək çempionata yeniyetmələrin mübarizəsi ilə start veriləcək. Dekabrın 26-27-də gənclər arasında Azərbaycanın ən güclü taekvondoçularının adlarına aydınlıq gələcək.
2023-cü ilə böyüklər və parataekvondoçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 28-də dayanq üzərinə çıxacaqlar.
Qeyd edək ki, yeniyetmələr yeni qaydalara uyğun çəki ilə deyil, boylarının ölçülərinə (148 sm-dən 180 sm-dək) uyğun yarışacaqlar. Gənclər 20 çəki dərəcəsində (oğlanlar – 45, 48, 51, 55, 59, 63, 68, 73, 78, +78 kq; qızlar – 42, 44, 46, 49, 52, 55, 59, 63, 68, +68 kq), böyüklər isə 16 çəkidə (kişilər – 54, 58, 63, 68, 74, 80, 87, +87 kq; qadınlar – 46, 49, 53, 57, 62, 67, 73, +73 kq) mübarizə aparacaqlar.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq