Ölkə kuboku
Tarixdə 15-ci: 15 mövsümün mütləq rekordu
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “İrəvan” – “Araz-Naxçıvan” qarşılaşması 10 qolun vurulması ilə əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, bu, ölkə kuboku tarixində 10 və ya daha çox qolun qeydə alındığı ümumilikdə 15-ci matçdır.
1992-ci ildən keçirilən yarışda bunadək 14 belə yüksək məhsuldarlıq yaşanıb.
Son 15 mövsümdə isə ilk dəfə bir qarşılaşmada 10 qol vurulub. Sonuncu belə məhsuldar görüş 2008/09 mövsümündə baş tutub. 2008-ci il oktyabrın 30-da “Bakı” “Qafqaz Universiteti”nin qapısından 10 cavabsız top keçirib. Qeyd edək ki, “İrəvan” bu matçda 2-8 hesabı ilə məğlub olub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq