Ölkə futbolu
“Tarixi qələbə qazandıq”
Misli Premyer Liqasının XXX turunun “Sabah” – “Qarabağ” oyunundan (2:1) sonra meydan sahibi komandanın məşqçisi Artur Olenin jurnalistlərin suallarını cavablandırıb. O, cəzalı olan baş məşqçi Murad Musayevin yoxluğunda növbəti dəfə mətbuat önünə çıxıb.
– Yaxşı oyun alındı. Kifayət qədər aqressiv matç idi. Sonlara yaxın gərginlik artdı. Futbolçulara təşəkkür düşür. “Sabah” tarixində ilk dəfə “Qarabağ”ı məğlub etdi. Tarixi qələbə qazandıq.
– Layiqli qələbə qazandınız?
– Hər iki tərəfin təhlükəli epizodları oldu. Düşünürəm ki, nəticə ədalətli oldu.
– “Qarabağ”la xal fərqi 9-a endi. Çempionluq şansınızın olduğunu düşünürsüz?
– Qarşıda 6 oyunumuz var. Hər matça qələbə üçün çıxırıq. Rəqiblərimizin nəticələri ilə maraqlanmırıq. Sonda vəziyyətin necə olduğuna baxacağıq.