Digər idman növləri
Tehran Məmmədov və İsa Rüstəmov Avropa çempionatında iştirak etdilər
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.
Onlardan iki nəfər – Tehran Məmmədov və İsa Rüstəmov körpücük üzərinə qalxıblar. Onlar 67 kq çəki dərəcəsinin B qrupunda qüvvələrini sınayıblar.
Tehran toplam 275 kq (125+150) nəticə ilə bu qrupda 4-cü olub. İsa toplam 299 kq (137+162) nəticə ilə bu qrupda 1-ci olub.
Atletlərimizin yekun sıralamadakı yeri bu çəki dərəcəsinin A qrupunda çıxışlar başa çatandan sonra məlum olacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı