Digər idman növləri
Tennis tarixində bir ilk
ATP tarixində ilk dəfə dörd tennisçi il ərzində yarışlardan 10 milyon dollardan çox mükafat qazanıb.
Həmin oyunçular bunlardır:
Novak Cokoviç (Serbiya) – 16 milyon dollar (15 952 044 dollar);
Karlos Alkaras (İspaniya) – 15,2 milyon dollar, 4,4 milyon dolları bonuslar (15,196,504 dollar);
Daniil Medvedev (Rusiya) – 11,6 milyon dollar, 2,3 milyon dolları bonuslar (11 548 023 dollar);
Yannik Sinner (İtaliya) – 10,5 milyon dollar, 2,1 milyon dolları bonuslar (10,456,264 dollar).
Məlumat üçün bildirək ki, bonus pulları iki prinsip üzrə bölüşdürülüb:
1) “Masters” seriyalı turnirlərdə və ATP-nin yekun turnirində ən yaxşı çıxış edən 30 oyunçu üçün 20 milyon dollar;
2) ATP-500 turnirlərində yüksək nəticə göstərən beş tennisçi üçün 1,3 milyon dollar.
Cokoviç bonus qazana bilməyib. Bunun isə səbəbi onun 2023-cü ildə 3 “Masters” turnirini buraxmasıdır.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi