Digər idman növləri
Kley Tompson və Kevin Dürant üçün əlamətdar gecə
“Qolden Steyt Vorriors” komandasının oyunçusu dünən gecə keçirilən görüşdən sonra MBA tarixində ən çox üçxallıq atışlar yerinə yetirən basketbolçuların siyahısında 8-ci yerə yüksəlib.
“Boston Seltiks”lə qarşılaşmada Kley Tompson 6 dəfə perimetrdən kənardan dəqiq olub. Bununla da o, Vins Karteri qabaqlayıb. Hazırda bu siyahıda lider onun komanda yoldaşı Stiv Körridir. Tompsondan öndəki yerdə isə Lebron Ceyms qərarlaşıb. Kley ondan 27 dəqiq cəhd geri qalır.
Əlavə edək ki, oyunda Kaliforniya təmsilçisi qələbə qazanıb. Əsas vaxtda qalib müəyyənləşmədiyi görüşdə “Qolden Steyt” 132:126 hesabı ilə qalib gəlib.
Digər bir yaddaqalan göstəriciyə Kevin Dürant imza atıb. “Finiks”in ulduzu MBA tarixində oyundan yerinə yetirilən dəqiq atışlara görə ilk 20 nəfər arasında daxil olub. Dürant əfsanəvi Mozes Melounu qabaqlayıb. 19-cu yerdə digər bir əfsanə Oskar Robertsondur.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi