Dünya futbolu
“Top-5” liqaların futbolçularından ibarət rəmzi komanda
Avropanın “Top-5” liqalarının futbolçularından ibarət rəmzi komanda açıqlanıb. Milli çempionatlarda baş tutan hər turun matçlarından sonra müəyyənləşdirilən “11-lik” bu dəfə 3-4-3 sxeminə uyğun tərtib olunub (Report).
Rəmzi komandaya ən çox futbolçu verən çempionat İspaniya La Liqasıdır. Həmin turnirdən 3 oyunçu “11-liy”ə düşüb. Fransa, İngiltərə, Almaniya və İtaliya yüksək liqalarının hərəsindən isə 2 futbolçu həftənin komandasında yer alıb.
Qapıçı: Radoslav Mayetski (“Monako”, Fransa)
Müdafiəçilər: Serxio Ramos (“Sevilya”, İspaniya), Kristian Romero (“Tottenhem”, İngiltərə), Xose Manuel Kopete (“Malyorka”, İspaniya)
Yarımmüdafiəçilər: Conatan Klauss (“Olimpik” Marsel, Fransa), Camal Musiala (“Bayern”, Almaniya), Lyuis Ferqyuson (“Bolonya”, İtaliya), Aleks Qrimaldo (“Bayer”, Almaniya)
Hücumçular: Fil Foden (“Mançester Siti”, İngiltərə), Aleksander Sorlot (“Vilyarreal”, İspaniya), Xviça Kvaratsxeliya (“Napoli”, İtaliya)
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı