Ölkə futbolu
“Toplanış planlaşdırdığımız kimi keçdi” – Tərlan Əhmədov
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Antalya toplanışını dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Təlim-məşq toplanışı normal qaydada, planlaşdırdığımız kimi getdi. Komanda 3 oyunda da uğurlu çıxış etdi. Oyun keyfiyyəti bizi qane etdi. Bəzi məqamlarda zədələnən və xəstələnən futbolçularımız oldu. Bəzi oyunçuları tam yoxlaya bilmədik. Ümumillikdə komanda normal hazırlıq keçdi. Oyunlar da göstərdi ki, komanda əvvəlki matçlara nisbətən daha keyfiyyətli çıxış etdi. Ümumi 3 oyunun hər birini komanda yüksək səviyyədə keçirib. İkinci oyunumuz mübarizə şəraitində keçdi. Nə bizim, nə də rəqibin qol epizodları oldu. Komandadakı istək, əzmkarlıq və birlik yüksək səviyyədədir”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı